Bu il Azərbaycanın bank sektoru 87 mln. manat mənfəət əldə edib
2018-ci il fevralın 1-nə bank sektorunun xalis mənfəəti 86,7 mln. manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabatda bildirir ki, bu il bankların faiz gəlirləri 146,9 mln. manat, faiz xərcləri isə 50,8 mln. manat olub.
5 Mart 2018 13:06 İqtisadiyyat2018-ci il fevralın 1-nə bank sektorunun xalis mənfəəti 86,7 mln. manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabatda bildirir ki, bu il bankların faiz gəlirləri 146,9 mln. manat, faiz xərcləri isə 50,8 mln. manat olub.
Qeyd edək ki, banklar bu ilin yanvar ayında kreditlər üzrə faizlərdən 91,9 mln. manat əldə edib. Hesabat dövrü ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 28,8 mln. manat vəsait xərclənib. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31