Yeyinti məhsullarına etibar edə bilərikmi?
Ölkə iqtisadiyyatının, xüsusən də kənd təsərrüfatı sahəsinin inkişafı ixrac potensialının atrımına əlverişli şərait yaradır. Daha doğrusu, Azərbaycanın dünya bazarına çıxması, bu bazarda öz brend məhsulunu təklif etməsi zərurəti yaranır. Belə halda tələb olunan ilk qayda məhsulun keyfiyyətinin beynəlxalq standarta cavab verməsidir. Düzdüqr, son illər ərzində ölkədə qida təhlükəsizliyinin təmiminatı, ərzaq məhsullarının keyfiyyətinin artırılması istiqamətində bir sıra ciddi addımlar atılıb. Lakin bütün görülən tədbirlərə baxmayaraq hələ də yerli bazarda keyfiyyətsiz, insan orqanizmi üçün təhlükəli hesab olunan yeyinti məhsullarına rast gəlinməkdədir.
5 Mart 2018 13:49 SosialƏli Məsimli: "Biz maksimum keyfiyyətə doğru hərəkət etməliyik"
Ölkə iqtisadiyyatının, xüsusən də kənd təsərrüfatı sahəsinin inkişafı ixrac potensialının atrımına əlverişli şərait yaradır. Daha doğrusu, Azərbaycanın dünya bazarına çıxması, bu bazarda öz brend məhsulunu təklif etməsi zərurəti yaranır. Belə halda tələb olunan ilk qayda məhsulun keyfiyyətinin beynəlxalq standarta cavab verməsidir. Düzdüqr, son illər ərzində ölkədə qida təhlükəsizliyinin təmiminatı, ərzaq məhsullarının keyfiyyətinin artırılması istiqamətində bir sıra ciddi addımlar atılıb. Lakin bütün görülən tədbirlərə baxmayaraq hələ də yerli bazarda keyfiyyətsiz, insan orqanizmi üçün təhlükəli hesab olunan yeyinti məhsullarına rast gəlinməkdədir. Məhz bu kimi amilləri nəzərə alan ölkə parlamenti "Yeyinti məhsulları haqqında" qanuna bir sıra dəyişikliklər edib. Eyni zamanda, qida təhlükəsizliyi ilə bağlı yeni qanunun layihəsinin hazırlandığı bildirilir.
Qeyd edək ki, ölkədə yeyinti məhsullarının keyfiyyəti müəyyən edilmiş standartlarla ölçülür. Üstəlik ölkədə yeyinti məhsullarının keyfiyyətinin idarə edilməsinin, istehsalının və bazarının təşkilinin, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsasları qanunvericiliklə tənzimlənir. Belə ki, yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normalaşdırma bu məhsulların keyfiyyəti və təhlükəsizliyinə dair tələbləri, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən texniki, ekoloji, sanitariya, baytarlıq və fitosanitar standartlar, norma, qayda və tələblər vasitəsi ilə həyata keçirilir. Qida məhsullarında istifadə olunan xammala, onların istehsalı üçün istifadə olunan bütün avadanlıq və vasitələrə standartlar və tələblər, habelə onların təkmilləşdirilməsi ixtisaslaşdırılmış təşkilatlar tərəfindən işlənilir və müəyyən edilmiş qaydada təsdiq edilərək dövlət qeydiyyatından keçəndən sonra qüvvəyə minir.Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartların və tələblərin icra edilməsi yeyinti məhsulları sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti mövcuddur. Yeyinti məhsullarının istehsalı, ticarəti, tədarükü, saxlanması, idxalı, ixracı və daşınması zamanı onun keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti funksiyalarını öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirirlər. Bələdiyyələr, istehlakçılar, onların ictimai birlikləri və qeyri-hökumət təşkilatları ərzaq bazarında yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına ictimai nəzarət funksiyalarını yalnız onların statusunu müəyyən edən qanunvericilik aktları ilə verilən səlahiyyətlər daxilində həyata keçirə bilərlər. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlar və tələblərə əməl olunmasına dövlət nəzarəti funksiyalarının həyata keçirilməsində digər orqanların iştirakına yol verilmir.Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlar və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Millət vəkili Əli Məsimli bildirib ki, yeyinti məhsullarının keyfiyyəti məsələsi çox aktual olduğundan bir sıra vacib məsələlər nəzərə alınmalıdır: "Məlum olduğu kimi Azərbaycanda qeyri-neft sektoru prioritet təşkil edir. Nəticədə iqtisadiyyatın iki istiqamətinin güclü şəkildə inkişaf etməsi məsələsi meydana çıxır. Onlardan biri idxal etdiyimiz məhsulların Azərbaycanda istehsalı, ikincisi isə qeyri-neft sektorunun ixrac potensialının artırılmasıdır. Bu baxımdan "Yeyinti məhsulları haqqında" qanuna dəyişikliyin edilməsi və qida təhlükəsizliyi ilə bağlı yeni qanunun hazırlanması sözügedən istiqamətdə hüquqi bazanın möhkəmləndirilməsi üçün olduqca vacib məsələlərdir. Son illərin statistikası deməyə əsas verir ki, artıq kənd təsərrüfatı məhsulları qeyri-neft sektoru məhsullarının ixracının üçdə bir hissəsini təşkil edir. Hesab edirəm ki, bu son göstərici deyil, ərzaq xarakterli məhsulların Azərbaycanda ixracını bundan qat-qat artırmaq olar. Amma bunun vacib şərtlərindən biri həmin məhsulların keyfiyyətinin yüksəldilməsi və rəqabət qabiliyyətinin artırılmasıdır. Bu baxımdan məsələyə yanaşdıqda qəbul olunan dəyişiklik mühüm əhəmiyyət kəsb edir. Çünki, qanunda ümumi sertifikartlaşmadan əlavə ərzaq məhsullarına da bunun tətbiqi və ərzaq məhsullarının xarici bazarlara, xüsusən də Avropa bazarlarına çıxması üçün yeni imkanlar, yeni şəraitlər yaradacaq. Bu baxımdan qanunvericilikdəki dəyişikliyi müsbət qiymətləndirirəm". Onun sözlərinə görə, qanunvericilikdəki digər dəyişiklik ondan ibarətdir ki, yeyinti məhsullarının keyfiyyəti minimum keyfiyyət göstəricisi ilə əvəz olunub. Bu isə bir sıra suallar yaradır: "Məhsulun keyfiyyətinə böyük diqqət yetirdiyimiz bir zamanda, bir addım irəli, iki addım geri getməyə lüzum yoxdur. Qanunvericiliyə edilən yenilikdə yeyinti məhsullarının keyfiyyəti ilə bağlı əsas anlayışlar yarımçıq xarakter daşıyır. Yeyinti məhsullarının keyfiyyətindən söhbət gedirsə, bu keyfiyyət məhsulun öz təyinatına uyğun tələblərin ödənilməsi, onu faydalılığını şərtləndirən xassələrin məcmusudur. Əgər bu məsələlər həllini tapsa, qanundakı boşluqları minimuma endirmək olar. Nəzərə almaq lazımdır ki, minimum keyfiyyət məsələsi o qədər də aydın deyil. Biz maksimum keyfiyyətə doğru hərəkət etməliyik. Bu məsələlərə diqqət etməyə dəyər".
Nurlan