Avropada dövlətçilik əleyhinə formalaşmış söyüşcül qrup

Zaman-zaman müxtəlif adlar altında Avropaya gedib orada özünə sığınacaq əldə edən, bu gün isə qoca qitədən Azərbaycan dövlətçiliyi, hakimiyyətinə qarşı barışmaz mövqe sərgiləyən bəzi milli ünsürlərin fəaliyyəti cəmiyyətimizdə haqlı olaraq narazılıq yaradır. Siyasi mövqeyindən və cəmiyyətdəki yeri, rolundan asılı olmayaraq əksəriyyət bu kimi hallara qarşı öz etirazını ifadə edir. Xüsusilə həmin şəxslərin siyasi mübarizə üsulunda təhqirə yol vermələri mənfi hal kimi qiymətləndirilir.

Zaman-zaman müxtəlif adlar altında Avropaya gedib orada özünə sığınacaq əldə edən, bu gün isə qoca qitədən Azərbaycan dövlətçiliyi, hakimiyyətinə qarşı barışmaz mövqe sərgiləyən bəzi milli ünsürlərin fəaliyyəti cəmiyyətimizdə haqlı olaraq narazılıq yaradır. Siyasi mövqeyindən və cəmiyyətdəki yeri, rolundan asılı olmayaraq əksəriyyət bu kimi hallara qarşı öz etirazını ifadə edir. Xüsusilə həmin şəxslərin siyasi mübarizə üsulunda təhqirə yol vermələri mənfi hal kimi qiymətləndirilir. Elə Milli Məclisin deputatı Adil Əliyev də Avropada Azərbaycan dövlətçiliyi, xalqı əleyhinə fəaliyyət göstərən, bu fəaliyyət zamanı təhqirə yol verənləri kəskin tənqid edib.  Millət vəkili bildirib ki, milli və dövlət maraqlarını hər şeydən uca tutmalıyıq. Onun sözlərinə görə,  Azərbaycanın və azərbaycanlıların tək düşməni torpaqlarımızı işğal edən erməni separatizmidir və bu mübarizədə biz bölünməməli və parçalanmamalıyıq: "Ancaq həmişə olduğu kimi yenə də içərimizdə düşmənlərimizin dəyirmanına su tökənlər tapılır: "26 fevralda dünyada yaşayan bütün azərbaycanlılar yumruq kimi birləşərək Xocalı soyqırımını törədənlərə lənət yağdırdılar. Avropanın müxtəlif paytaxtlarında Ermənistan səfirlikləri qarşısında etiraz nümayişləri keçirildi, müxtəlif dillərdə şüarlar səsləndirildi, ayrıca Avropadakı vətənpərvər gənclərimiz ermənilərin Avropa Parlamenti binasında keçirmək istədikləri təxribatçı konfransın işini "Xocalıya ədalət" şüarları ilə pozdular. Bu müsbət nümunədir. Biz bir olanda düşmən də qarşımızda acizdir.  Ancaq Avropada sığınacaq tapanlardan biri çıxıb deyir ki, ermənilər guya Qarabağı işğal etdikdən sonra mədəniyyət abidələrini dağıtmayıblar, digəri isə hansısa seminarda Xocalı soyqırımına barmaqarası yanaşaraq faciəmizin 26 illiyində gülür və əl çalır, sanki demək istəyir ki, belə bir hadisə olmayıb. Bəs buna necə qiymət verək? Axı bu cür çıxışlar ancaq erməni separatçılarının və Avropadakı erməni lobbisinin işinə yarayır.  Almaniyada söyüşçül qrupun təsiri altına düşən xanım soydaşlarımızdan birinə facebook üzərindən yazdım ki, Avropaya köçmüsünüz, bu sizin seçiminizdir, ancaq təəssüf ki, düşüncə tərzinizdə dəyişiklik yoxdur, vaxtınızı söyüşə, təhqirə və divarlara şəkil yapışdırmağa həsr etməkdənsə, oxuyun, öyrənin, yaşadığınız cəmiyyətə inteqrasiya olmağa çalışın, avropalıların elmdə, texnikada, istehsalda qazandıqlarına şərik olun, məgər Avropaya məhz bu məqsədlə köçməmişdinizmi? Yox əgər söymək üçün təhlükəsiz məkan axtarırdınızsa, onda heç Avropa da sizi dəyişməyəcək. Siz Avropada daşa-divara şəkil yapışdırmaqla düşünürsünüz ki, Azərbaycan sizin "istədiyiniz" şəkildə dəyişəcək, səhv edirsiniz. Söyüşlə, təhqirlə aparılan mübarizənin kimsəyə xeyri yoxdur, bundan qazanclı çıxan olmayacaq". Millət vəkili onu da qeyd edib ki, xaricdə yaşayan birisinin sosial şəbəkədən yağdırdığı söyüş və təhqirlərə görə onun Azərbaycandakı qohumu məsuliyyət daşımır və daşımamalıdır. Adil Əliyev deyib ki, onları əsassız yerə incitmək çıxış yolu deyil: "İctimai qınağın söyüş söyənlərin qohumlarına aidiyyatı yoxdur, onlar da bizim kimi təhqirə və söyüşə qarşıdırlar. Bu məsələnin həll yolu deyil. Bu yolla təhqirlərin sayı azalmayacaq, tam əksinə son günlər sosial şəbəkələrdə həmin qrupların söyüş və təhqirlərinin sayı artıb. Bizim sözümüz təhqirləri söyləyənlərin qohumlarına deyil, onların özlərinə olmalıdır ki, yanlış yoldasız, bu cür fəaliyyətdən əl çəkin, bununla dövlətinizə və millətinizə xidmət etmirsiniz. Hollandiya parlamenti bir neçə gün əvvəl "erməni soyqırımını" tanıyan qətnamə qəbul etdi. Aydındır ki, bu heç də Hollandiya parlamentinin erməni təəssübkeşliyindən irəli gəlmir, əsas hədəf Türkiyəni cəzalandırmaqdır. Məsələ burasındadır ki, Hollandiya ilə Türkiyə arasında münasibətlərdə təxminən bir ildir gərginlik var, türkiyəli nazirlərə viza vermədilər, Ankara da bunun qarşılığında Hollandiya səfirinin Türkiyəyə gəlişinə qadağa qoydu. Ona görə də Hollandiya "erməni soyqırımının" tanınması vasitəsilə öz düşüncəsində Türkiyədən intiqam aldığını düşünür. Mən 2005-2015-ci illər arasında Milli Məclisin Azərbaycan-Hollandiya parlamentlərarası dostluq qrupunun həmsədri idim. Hollandiya parlamentində çoxsaylı görüşlərim oldu, Xocalı soyqırımının tanınması, qaçqın və məcburi köçkünlərimizə dəyən mənəvi və maddi zərərin ödənilməsi üçün çağırışlarını etdim, bir sözlə əlimdən gələni etdim. Bu işdə Hollandiyada yaşayan soydaşlarımın köməyinə ehtiyacım var. Bu məqsədlə hər dəfə Hollandiyada soydaşlarımı və bir-biri ilə münaqişədə olan qrupları bir araya gətirdim, nəsihətlərimi verdim, ortaq maraqlarımız uğrunda mübarizənin vacibliyini anlatdım. Geri qayıtdım, yenə də eşitdim ki, soydaşlarımız arasında ixtilaf var. Belə şəraitdə ortaq maraqlarımız uğrunda mübarizədə necə nəticə əldə etmək olardı? Erməni lobbisi həm də azərbaycanlılar arasındakı ixtilafdan yararlanaraq Avropada bizə qarşı müxtəlif təxribat həyata keçirir, hədəflərinə çatmağa çalışır. Sözüm yenə də Avropada sığınacaq tapan soydaşlarımadır. Enerjinizi və imkanlarınızı Azərbaycanın düşmənlərinə qarşı çevirin, bu mənada Avropa Parlamentində erməni təxribatını pozan gənclərimiz ən yaxşı örnəkdir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31