Yanğın, yoxsa təxribat?
Gözlənilən idi. Xətai rayonundakı Narkoloji Mərkəzdə baş verən dəhşətli yanğın hadisəsini deyirəm. Nədən? Çünki Azərbaycan daha bir mühüm siyasi hadisənin, ölkə üçün əhəmiyyətli olan prosesin astanasındadır. Təəssüflər olsun ki, artıq vərdiş etmişik bu kimi çağrılmamış “qonaqlara”, gözlənilməyən hadisələrə. Hər dəfə ölkəmiz hansısa bir mühüm mərhələ ərəfəsində olanda Azərbaycanı sevməyən qüvvələr və onun daxildəki havadarları, lap elə ölkəmizə müxtəlif yollarla sızmış qruplar bu kimi təxribatçı hərəkətlərə əl atırlar. Bu baxımdan Xətai rayonundakı Narkoloji Mərkəzdə baş verən dəhşətli yanğını da prezident seçkiləri ərəfəsində olan Azərbaycana “bəxş edilən” və heç də xoş olmayan bir “sürpriz” saymaq olar.
5 Mart 2018 13:29 SosialYaxın tarixdə yaşadıqlarımız ikinci versiyanı daha aktual edir
Gözlənilən idi. Xətai rayonundakı Narkoloji Mərkəzdə baş verən dəhşətli yanğın hadisəsini deyirəm. Nədən? Çünki Azərbaycan daha bir mühüm siyasi hadisənin, ölkə üçün əhəmiyyətli olan prosesin astanasındadır. Təəssüflər olsun ki, artıq vərdiş etmişik bu kimi çağrılmamış "qonaqlara", gözlənilməyən hadisələrə. Hər dəfə ölkəmiz hansısa bir mühüm mərhələ ərəfəsində olanda Azərbaycanı sevməyən qüvvələr və onun daxildəki havadarları, lap elə ölkəmizə müxtəlif yollarla sızmış qruplar bu kimi təxribatçı hərəkətlərə əl atırlar. Bu baxımdan Xətai rayonundakı Narkoloji Mərkəzdə baş verən dəhşətli yanğını da prezident seçkiləri ərəfəsində olan Azərbaycana "bəxş edilən" və heç də xoş olmayan bir "sürpriz" saymaq olar.
Bəli, Xətai rayonundakı Narkoloji Mərkəzdə baş verən dəhşətli yanğın hadisəsi daha çox təxribat versiyasını ağıla gətirir. Belə bir versiya, iddia ilə çıxış etmək üçün lap yaxın tarixdə baş verənləri, olub-bitənləri qısaca xatırlamaq kifayətdir.
Qeyd etdik ki, Azərbaycan məhz mühüm tarixi hadisələr ərəfəsində olanda bu kimi dəhşətli olaylarla rastlaşır. 2015-ci il də bu baxımdan ölkəmizdə mühüm hadisənin yaşandığı dövrə təsadüf edirdi. Azərbaycan tarixdə ilk dəfə olaraq Avropa Oyunlarını keçirirdi. Hansı ki, həmin vaxta qədər qoca qitədə belə bir yarışların keçirilməsi belə ağıla gəlmirdi. Azərbaycanın mayak rolunu oynaması, bizə dərs keçməyə çalışan Avropa ölkələrinə örnək olması təbii ki, həm qoca qitədəki antiAzərbaycan dairələri, həm də erməni lobbisini razı sala bilməzdi. Çünki Azərbaycan belə bir mötəbər yarışı keçirməklə növbəti dəfə tarixdə bir ilkə imza atırdı. Eyni zamanda aktivinə daha bir xal yazdırırdı. Həmin ərəfədə, daha dəqiq desək, 2015-ci il, mayın 19-da Binəqədi rayonundakı hündürmərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğın məhz Bakının qarşıdakı aylarda əldə edəcəyi uğura kölgə salmaq, onun imicini ləkələmək məqsədi daşıyırdı. Təəssüflər olsun ki, həmin yanğın hadisəsi də çoxsaylı ölümlə nəticələndi. 2015-ci ilin may ayının 19-da yaşayış binasında, martın 2-si Xətai rayonundakı Narkoloji Mərkəzdə baş verən yanğın zamanı müşahidə etdiyimiz hava şəraiti də hər iki olayın təxribat olduğunu versiyasını artırır. Məlumat üçün qeyd edək ki, 2015-ci ilin may ayının 19-da da bu günkü kimi küləkli hava şəraiti mövcud idi. Bu baxımdan yanğın təxribatı törətmək istəyənlər üçün nə qədər də acı da olsa küləkli hava şəraiti əlverişli sayıla bilir.
Yaxud keçən ilin avqust ayında Giləzidəki hərbi bazada baş vermiş partlayış hadisəsinə diqqət çəkək. Bu hadisə həmin vaxta təsadüf edirdi ki, partlayışdan cəmi bir gün əvvəl gündəmə bu il keçiriləcək prezident seçkiləri gəlmişdi. Həmin ərəfədə, daha doğrusu, qısa müddət sonra hərbi bazada partlayışın baş verməsini çoxları təsadüf hesab etsə də, tarixi hadisələrin ardıcıllığı bütün bunların təsadüfdən daha çox planlaşdırılmış bir iş olduğunu deməyə əsas verir.
Nəhayət, yenidən qayıdaq Narkoloji Mərkəzdə baş verən yanğın hadisəsinə. Yayılan rəsmi məlumata əsasən, martın 2-də səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib. Xəstəxananda müalicə alan və tibbi personaldan ibarət 200 nəfərə yaxın adamı vaxtında təxliyə etmək mümkün olub. Hazırda təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilir. Həyata keçirilmiş bütün zəruri tədbirlərinə baxmayaraq, yanğının nisbətən güclü sahəsində 25 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd etdiyim kimi baş verən sonuncu yanğın hadisəsi də daha çox təxribat versiyasının aktuallığını artırır. Yuxarıda qeyd etdiyimiz kimi bunu da şərtləndirən səbəb Azərbaycanın mühüm siyasi mərhələ, seçki ərəfəsində olmasıdır. Son illər Azərbaycanın artan siyasi və iqtisadi gücü, qlobal miqyaslı enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və iştirakçısına çevrilməsi bizi istəməyən qüvvələr tərəfindən heç də normal qarşılanmır. Və həmin dairələr, qüvvələr gözəl bilirlər ki, Azərbaycanın əldə etdiyi bütün bu nailiyyətlər məhz mövcud hakimiyyətin həyata keçirdiyi uğurlu siyasətin və islahatların nəticəsidir. Ona görə də hər vasitə ilə Azərbaycanda zaman-zaman ictimai-siyasi sabitliyi pozmağa, hakimiyyət dəyişikliyi istəklərini reallaşdırmağa çalışırlar. Onu da dəqiq bilirlər ki, hazırkı Azərbaycan hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının namizədinin bu dəfəki seçkilərdə qələbəsi ölkəmizin daha da inkişaf etməsinə səbəb olacaq. Bu gün enerji təminatı məsələsində Azərbaycandan asılı vəziyyətdə olan qoca qitənin, bir müddət sonra digər sahələrdə asılılığı özünü büruzə verəcək. Məhz bütün bunlardan dolayı Qərbdəki, Avropadakı antiAzərbaycan şəbəkənin, onun buradakı havadarlarının qarşısına qoyduğu bir nömrəli vəzifə aprelin 11-də keçiriləcək prezident seçkilərinə qədər ökədə ictimai-siyasi sabitliyi pozmaq, seçki prosesinə mane olmaqdır. Nəzərə alsaq ki, yaxın günlərə Milli Şura adlanan qurum etiraz aksiyası nəzərdə tutub, bu baxımdan son yanğın hadisəsinin kütləvi aksiyaların elektoratını artırmaq baxımından da düşünülmüş addım hesab etmək olar. Düşünülür ki, çoxsaylı insan ölümünə biganə qalmayan Azərbaycan vətəndaşları Milli Şuranın aksiyasına dəstək verməklə davamlı kütləvi aksiyalar keçirəcəklər. Bu da antiAzərbaycan şəbəkənin işinə yaramış olacaq.
Sonda Narkoloji Mərkəzdə baş vermiş yanğın hadisəsinin Ermənistanda keçirilən (daha doğrusu təyinat) prezident seçkiləri gününə təsadüf etməsi də diqqətçəkicidir. Görəsən, Bakıda yanğın hadisəsi və çoxsaylı insan ölümünə səbəb olan təxribatçılar bununla işğalçı ölkə prezidentinə seçki hədiyyəsi edir? Yaxud Sərkisyana hakimiyyəti yenidən zəbt etdiyinə görə ünvanlanmış "təbrikdirmi"? Hər halda düşünməyə dəyər.
S.İsmayılbəyli