Orqanizmə vacib olan vitaminlər necə qəbul edilməlidir?
Vitaminlərin insan bədəninə faydalılığı və artıqlığının zərərlərini hamımız bilməliyik. Çünki vitaminlərin insan həyatında çox vacib bir faydası var. Amma vitaminlərin artıqlığının da olduqca çox ziyanları vardır. Ona görə də vitaminləri də qəbul edərkən normadan artıq və ya əskik şəkildə qəbul etmək lazım deyil. Tibb məsələləri üzrə ekspert, həkim Füzuli Hüseynov deyir ki, bir çox hallarda valideynlər vitamin qəbul etmək lazım gələndə birbaşa dərman preparatlarına üstünlük verirlər.
5 Mart 2018 13:48 SosialNormadan artıq vitamin qəbul etmənin mümkün fəsadları
Vitaminlərin insan bədəninə faydalılığı və artıqlığının zərərlərini hamımız bilməliyik. Çünki vitaminlərin insan həyatında çox vacib bir faydası var. Amma vitaminlərin artıqlığının da olduqca çox ziyanları vardır. Ona görə də vitaminləri də qəbul edərkən normadan artıq və ya əskik şəkildə qəbul etmək lazım deyil. Tibb məsələləri üzrə ekspert, həkim Füzuli Hüseynov deyir ki, bir çox hallarda valideynlər vitamin qəbul etmək lazım gələndə birbaşa dərman preparatlarına üstünlük verirlər. Ancaq unudulur ki, başlıca və əsas vitaminlər elə meyvələrin tərkibindədir: "Azərbaycan ailəsi uşaqlarına vitamin alıb verməlidirmi və ya vitamin çatışmazlığını hansı meyvələrdən, tərəvəzlərdən ala bilər? Vitamin həblərini çox qəbul etdikdə nələr ola bilər? Hansı ziyanları görə bilərik" kimi suallara tez-tez rast gəlirik. Əvvəlcədən onu nəzərə çatdırım ki, uşaqlar və eləcə də böyüklər üçün vitaminləri ilk növbədə təbii meyvə-tərəvəz və göyərtidən almaq məsləhətdir: "Meyvə-tərəvəz nə qədər artıq yeyilsə vitamin çoxluğu (hipervitaminoz) xəstəliyinə tutulma risqi az olar. Amma çox vitamin həbləri qəbul etsəniz belə bir (hipervitaminoz) xəstəliyinə tutulmaqdan qaçmaq olmaz. Onu da nəzərə çatdırım ki, apteklərimizdə satılan vitaminlərin əksəriyyəti təbii üsulla alınır. Məsələn C vitamini itburnudan hazırlanır. Xatırladım ki, biz hər gün itburnu meyvəsi yesək, C vitamininin çoxluğu (hipervitaminoz) əmələ gəlməz, amma itburnudan alınmış vitamin C həblərini qəbul etsək mütləq fəsadları ortaya çıxacaqdır. Çünki itburnudan alınmış vitamin C artıq Allahın yaratdığı vitamin mineral zəncirindən qırılmış bir vitamindir. Yəni rafinə olunub, başqa vitaminlər və minerallar zəncirindən qırılıb. Ona görə də biz istəməsək də hüceyrələrimizin içinə girib öz işini görəcəkdir. Amma meyvələri nə qədər çox yesək də, lazım olan qədər vitamini bədənimiz mənimsəyəcək və həzm etməkdə çətinliyi olmayacaqdır". Füzuli Hüseynov ayrı-ayrı vitaminlərin faydaları barədə də danışıb. Bildirib ki, A vitamini yumurta, kərə yağın, kürü, balıq yağı, pendirdə olur: "Amma yerkökü, çuğundur, balqabaq, gülümbahar, zəyərək, küncüt yağı, göyərti, əsasən ispanaq, portağal, mandarin, limon, çaytikanı meyvəsi kimi, sarı meyvələrdəki B karotin də bədənimizdə A vitaminə çevrilir. Faydaları isə bunlardır. Göz üçün faydalıdır, gözün piqment təbəqəsinin quruluşunda iştirak edir. Dəri, sümük, toxuma sağlamlığı üçün önəmlidir, uşaqlar üçün boyu uzatmaq kömək edir. Bədəndə immun sistemin qurulmasında önəmli bir təsir göstərir, antioksidant təsiri vardır. A vitamini çatışmazlığı isə göz görməsini zəiflədir. Axşamçağı hamı görsə də, A vitamini çatışmamazlığında insanlar görə bilmir, dəri quruluğu, kəpəklənmə saçların nazikləşməsi və tökülməsi, dalaqda balacalaşma, sümük ağrıları, immunitet zəifliyi olur. Xərçəngə tutulma riski artar. A vitamininin çoxluğu zamanı isə dəri saralır, apelsin kimi çatlaq olur, beyində ödem əmələ gəlir, baş ağrıları, halsızlıq, ürəkbulanma, başgicəllənmə, dodaqların quruması tez çatlama, hamiləlik vaxtı çətinliklər olur". Füzuli Hüseynov bir çox hallarda tibbdə adı keçən B 17 vitamini barədə də məlumat verib. O, bildirib ki, B 17 vitamini əskikliyi orqanizmdə ciddi fəsadlara yol açır: "Yəqin hamımız belə bir məqalə ilə rastlaşmışıq ki, xərçəng adlı xəstəlik yoxdur. Yalnız B 17 vitamini əksikliyi var və ya gündə 5 ədəd acı badam yeməklə xərçəngdən qurtulmaq olar və s. Əvvəlcə onu nəzərinizə çatdırım ki, necə oldu B 17 vitamini tapıldı. Deməli 100 ildən çoxdur iddia olunur ki, Laetril adlı maddə xərçəngi müalicə edir və bu yöndə geniş elmi işlər aparılıb. Amma heç bir nəticə əldə olunmayıb və laetril xərçəngi müalicə etmir. Sonra inkişaf etmiş dövlətlər laetril adlı dərmanın istehsalına qadağa qoydular. Daha sonra laetrili istehsal edən şirkətlər bazarlarını itirməmək üçün B 17 vitamini adı altında istehsal etdiyi dərmanlarını satışa çıxardılar və bizdə çox məşhur olan guya xərçəng yoxdur, yalnız B17 vitamini çatışmamazlığı var kimi məqaləni ortaya atdılar və çox məşhurlaşdılar. Maraqlıdır ki, niyə adı dəyişib B17 vitamini qoydular. Ona görə ki, Amerika və Avropada vitamin istehsalına heç bir qadağa yoxdur, vəssalam. Nəzərinizə çatdırım ki, B17 vitamini acı ərik tumunda, acı badamda, cır gilasda, şaftalı toxumunda, cücərmiş buğdada, alma armud çəyirdəyində daha çox vardır. Sonda bütün acı olan tumlarda sianid adlı çox güclü bir zəhər vardır ki, belə qidaları bir dəfəyə çox yemək insanı anidən öldürə bilər. Ümumiyyətlə saydığım tumların az-az yeyilməsi faydalıdır. Onlar bədəni qurdlardan təmizləyir, təkiblərində hamısında piyli efirli yağlar vardır. İmmun sistemin güclənməsi üçün faydalıdır, çoxusunun təkibində yod birləşmələri vardır və s. Xatırladım ki, B17 vitamini adı altında satılan amiqdalin preparatında saydığım minerallar və yağlar yoxdur".
Füzuli