Gündəm
"Terrorçular ABŞ-ın verdiyi silahları Afrində atıb qaçıblar"
Houkinqin sirli məqaləsi ORTAYA ÇIXDI
76 yaşında vəfat edən məşhur ingilis fizik Stiven Houkinqin yayımlanmamış məqaləsi ortaya çıxıb. “Sonsuz qabarmadan yumşaq bir çıxış” adı verilən məqalədə Böyük Partlayışların izini təqib edən kosmik kəşfiyyat gəmilərinin hansı imkanlara sahib olmsı qeyd edilib. Məqalə Houkinqin 1983-cü ildə yayımladığı “Biq Banq” (Böyük Patlayış) teoriyasının davamı kimi dəyərləndirilir.
Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib
Azərbaycan Prezidenti İlham Əliyev martın 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Tərəqqi medalı sahibinə təqdim edildi- Qazaxıstanda
Moqerinidən İrana əsl bayram sürprizi
Avropa Birliyi İrana qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətində deyil. Bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin baş diplomatı Federika Moqerini söyləyib. Onun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı diskusiyalar hələlik gözlənilmir.
Ramil Usubovdan yeni rəis TƏYİNATLARI
Bakıda yeni yaradılan polis şöbələrinin bəzilərinə rəis təyinatları olub. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə (PŞ) polis polkovnik-leytenantı Elşən Tağıyev, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Samir Həsənov, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Zaur Əliyev, Nizami Rayon RPİ-nin 25-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Elmir Hüseynov və Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə polis mayoru Elnur Əliyev rəis təyin ediliblər.
52 kq heroinin Avropaya daşınmasının qarşısı alınıb
Azərbaycan gömrükçüləri Avropaya daşınması nəzərdə tutulan külli miqdarda narkotik vasitənin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İran vətəndaşı Arjomandzadeh Gholamreza Mohammad Alı idarə etdiyi "Renault" markalı, 37B527/8-10 nömrəli yük nəqliyyat vasitəsilə İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Niderland Krallığına "kiçik ölçülü transformatorlar" yükünü apararkən Astara Gömrük İdarəsinin idxal nəzarət xəttində saxlanılıb.
İki narkotacir axtarışa verilib
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. DSX-nın Mətbuat Mərkəzindən verilən məlumata görə, 2018-ci ilin 17 mart tarixində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitəsinin ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb.
Rusiyada seçki həyəcanı bitdi
Şimal qonşumuzda seçki həyəcanı başa çatdı. Gözlənildiyi kimi bu dəfə də seçkilərdən Vladimir Putin qalib çıxdı. Seçkilərdə Putinə ciddi alternativin olmaması, həmçinin onun xalq arasındakı reytinqinin hələ də qalması Kreml rəhbərinin qələbəsini qaçılmaz edirdi. Ancaq qarşıdakı 7 ilin Putin üçün o qədər də yaxşı keçməyəcəyi bildirilir.
Azərbaycanda yaşayan Rusiya vətəndaşlarının 83,3 faizi Putinə səs verib
Azərbaycan XİN: "İran vətəndaşlarına giriş vizalarının hava limanlarında verilməsinə başlanılıb"
Martın 15-dən etibarən Azərbaycana səfər edən İran vətəndaşlarına giriş vizaları Azərbaycan Respublikasının beynəlxalq statuslu havalimanlarında rəsmiləşdirilir. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Prezident seçkilərində KİV-in əsas vəzifə və öhdəlikləri açıqlanıb
Martın 19-da Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK), Milli Televiziya və Radio Şurası (MTRŞ) və Mətbuat Şurasının təşkilatçılığı ilə "Azərbaycan Respublikasının Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib. Seminar-müşavirədə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, MSK sədri Məzahir Pənahov, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİV rəhbərləri, jurnalistlər, fəal sosial şəbəkə istifadəçiləri və blogerlər iştirak ediblər. Tədbirdə çıxış edən MSK sədri M. Pənahov deyib ki, seçki prosesində artıq finiş xəttinə çıxılıb, martın 19-u axşam saatlarından İctimai Televiziyanın (İTV) efirində namizədlərin Dəyirmi Masası olacaq: "Bu gün seçkiqabağı təşviqat başlayır.
Səsvermə hüquqlu iranlı mühacirlər aprelin 11-də yalnız sizə səs verəcəklər
Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun nümayəndələri hərbi hissələrdə olublar
Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2018-ci ilə dair birgə fəaliyyət planına əsasən, hər iki qurumun məsul əməkdaşları Novruz bayramı ərəfəsində cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.
Ağdaşda 27 kilometrlik yol yenidən qurulur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq bu il reallaşdırılan 63 kənd və qəsəbələrarası yolların yenidən qurulması layihələri çərçivəsində Ağdaş rayonunda daha bir avtomobil yolu əsaslı şəkildə bərpa olunur. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, uzunluğu 27 km olan Ağdaş rayonu Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulur. Burda yolun hərəkət hissəsi 6 metr, çiyinlər isə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.













.jpg)
