Gündəm

Lənkəranda sahibkarlar üçün treninq keçirilib

19 Mart 2018 16:36

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, treninqdə iştirakçılara Lənkəran rayonunda çayçılıq, sitrusçuluq və çəltikçilik sahələrinin inkişafı, “Made in Azerbaijan” brendinin yaradılması və s. barədə ətraflı məlumat verilib.

Türkmənistanda parlament seçkiləri keçiriləcək

19 Mart 2018 16:35

Milli Məclisin deputatı Astan Şahverdiyev Türkmənistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün martın 22-dən 27-dək bu ölkənin paytaxtı Aşqabadda səfərdə olacaq. MM-dən “Olaylar”a verilən məlumata görə, deputatımız MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək. Müşahidəçilər seçkiqabağı durumu dəyərləndirəcək, məntəqələrdə yaradılmış şəraitlə tanış olacaqlar. Seçki günü demokratiyanın tələblərinə riayət edilməsinə, seçicilərin hüquqlarının təmin olunmasına nəzər yetirəcəklər.

Deputatımız Avropa Parlamentinin üzvləri ilə görüşəcək

19 Mart 2018 16:34

Milli Məclisin deputatı Azər Kərimli martın 26-da Belçikanın paytaxtı Brüsselə səfər edəcək. MM-dən “Olaylar”a verilən məlumata görə, millət vəkili Avropa Parlamentinin üzvləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycanla Avropa Parlamenti arasında əlaqələrin hazırki durumu və gələcək inkişaf perspektivləri barədə söhbətlər aparılacaq. Səfər martın 29-da başa çatacaq.

Prezident İlham Əliyevə velosiped və cüdo üzrə dünya çempionatlarının ilk biletləri təqdim olunub

19 Mart 2018 16:28

Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Məlumata görə, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ümumxalq şənliyinin iştirakçıları Dənizkənarı Milli Parkda olublar. Çay süfrəsinə qonaq olan dövlət başçısı və xanımı milli mətbəximizin müxtəlif nümunələrindən dadıblar. Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov məlumat verib ki, Novruz bayramı münasibətilə milli mətbəximizə aid xüsusi olaraq 27 poçt markası hazırlanıb. Prezident və xanımı poçt markalarını imzalayıblar və möhürləyiblər.

Dövlət proqramları respublikanın bütün bölgələrində uğurla icra edilir

19 Mart 2018 16:16

Artıq 14 ildir ki, mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları öz müsbət nəticələrini verib. Sözügedən proqramların uğurlu icrası nəticəsində respublikanın bütün şəhər və rayonlarında, hətta ucqar dağ kəndlərində belə infrastruktur yaradılıb, iqtisadiyyatın müxtəlif sahələri inkişaf etdirilib, emal və istehsal müəssisələri yaradılıb. Nəticə etibarilə həmi emal müəssisələrinin yaradılması hesabına hər bir bölgədə, regionda, kənddə yeni iş yerləri açılıb, əhalinin məşğulluq səviyyəsi artıb.

Regional proqramların uğurlu icrası Tovuzun simasını dəyişib

19 Mart 2018 16:14

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın bütün bölgələrində, eləcə də dağ rayonlarında uğurla icra edilib. Ötən müddət ərzində ayrı-ayrı bölgələrdə proqram çərçivəsində görülən işlər və əldə edilən nailiyyətlər belə deməyə əsas verir.

Erməniçilik xəstəliyinə düçar olanlar…

19 Mart 2018 15:59

Siz “azərbaycanlı arzusu”nun nədən ibarət olduğu üzərində dərindən düşünmüsüzmü? Deyəcəksiz ki, bir milləti vahid istək ətrafında necə birləşdirmək olar? Doğrudur. Ancaq nəinki rəsmi, eləcə də adi diskussiyalarımızda biz gələcəyə inam yaratmaq üçün hamımızın müxtəlif niyyət və xəyallarından bəhs edirik. Lakin heç zaman onları istedadlı bir rəssamın əli ilə vahid tabloya çevirmirik, yaxud, siyasətçinin qələmi ilə proqramlaşdırmırıq. Çünki müstəqillikdən sonra qapalı bir ölkədən çıxıb dünya sakininə çevrildiyimizdən idxal elədiyimiz texnologiyalar, maşınlar, avadanlıqlar kimi sabahkı məqsədlərimizin də kənardan diqtə olunacağını düşünürük.

Məlikyan: "İran 30 milyonluq azərbaycanlıdan qorxur, yoxsa…"

19 Mart 2018 15:55

İranın Dağlıq Qarabağ və qondarma erməni soyqrımı məsələsində mövqeyi Ermənistanla eynidir. Bunu Tehranda nəşr olunan “Alik” qəzetinin baş redaktoru Derenik Məlikyan erməni saytına müsahibəsində deyib.

Əfqanıstanda stadion ətrafında partlayış: Ölənlər var

19 Mart 2018 15:51

Əfqanıstanın şərqində, Cəlalabad şəhərində partlayış olub. Hadisə nəticəsində 3 nəfər ölüb, 8-i xəsarət alıb. Onların arasında 5 uşaq da var. Yaralılar xəstəxanaya çatdırılıb.

Fondun Novruz bayramı münasibətilə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

19 Mart 2018 15:50

Martın 17-də "Altun Saray" istirahət mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

"Məni məvacibim maraqlandırmır"

19 Mart 2018 15:43

"Real"ın yarımmüdafiəçisi Mateo Kovaçiç PSJ-nin forvardı Neymarın transferi məsələsinə toxunub. Xorvatiyalı havbek komandasının hazırki heyətindən razı olduğunu deyib.

Səhiyyə nazirinin müavini intihar etdi - Rusiyada

19 Mart 2018 15:41

Tatarıstanın səhiyyə nazirinin müavini Yelena Şişmaryova intihar edib. Bu barədə Rusiya İstintaq Komitəsinin regional bölməsi məlumat yayıb. Nazir müavininin meyiti Stolbişe qəsəbəsində evində aşkar edilib.  Onun ölümü kriminal xarakterli deyil.

Yerevanda jurnalistərin etiraz aksiyası keçirilir

19 Mart 2018 15:39

Yerevanda meriya binasının qarşısında jurnalistərin etiraz aksiyası keçirilir. Aksiya mətbuat nümayəndələrinin meriya binasına girişinin qadağan olunmasına etiraz olaraq davam edir. Səhər saatlarından başlayan aksiya "Qapıları açın, mətbuat gəlir" şüarı ilə keçirilir.