Gündəm
ABŞ-da avtomobildə partlayıcı qurğu tapılıb
ABŞ-ın Kolorado ştatının Brumfild şəhərində əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib. Məlumata görə, partlayıcı qurğu ticarət mərkəzinin yaxınlığındakı dayanacaqda saxlanmış avtomobildə aşkar edilib.
Nəsimi rayonunda Novruz bayramı münasibəti ilə tədbir keçirilib
Novruz bayramı ərəfəsində rayonda keçirilən silsilə tədbirlər çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətində “Gülsam” Əlillərin Reablitasiyası İctimai Birliyinin üzvləri, həmçinin gözdən əlillər və müxtəlif səbəblərdən əlil olmuş saglamlıq imkanları məhdud olan şəxslərin iştirakı ilə tədbir keçirilmişdir.
Silsilə oğurluqla məşğul olan şəxslər saxlanıblar
Silsilə oğurluqla məşğul olanlar saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə paytaxt ərazisində məktəbdən, kompyuter salonlarından oyun və məişət əşyaları, yol kənarlarından elektrik avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Bakı sakinindən silah-sursat götürülüb
Bakı şəhər sakinindən silah-sursat götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Məhəmməd Dəmirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar edilib. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.
“Mersedes” yolu keçən piyadanı vurub öldürüb
Cəlilabad rayonunun Göytəpə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 18-də saat 21 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində Masallı rayon sakini Eyvaz Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakini Elşən Abıyevi vurmuş və nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
London-Moskva qarşıdurmasının manata təsiri
Rusiyanın Böyük Britaniya ilə başlayan “ikinci dalğa gərgin münasibətləri” şimal qonşumuzun köhnə qitənin aparıcı ölkələri ilə də münasibətlərinin kəskinləşməsinə səbəb olub.
Rusiyada seçkilər qanunvericiliyə uyğun aparılıb
MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərliyi ilə 18 mart 2018-ci il tarixində Rusiya Federasiyasında keçirilmiş prezident seçkilərinin gedişini izləmək üçün 16-18 mart 2018-ci il tarixlərində Moskva, Sankt-Peterburq və digər şəhərlərində səfərdə olub. Məlumata görə, MDB PA-nın müşahidəçilər qrupunun koordinatoru Z.Əsgərov və deputat Rauf Əliyev Moskvada seçki prosesini izləyiblər.
Bakıda civə satmaq istəyən “iş başında” yaxalandı
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində bir nəfərin civə satmaq istəməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən “Olaylar” verilən məlumata görə, baş idarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs civəni 5000 manata satarkən cinayət başında yaxalanıb.
İki gündə 36 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Martın 17-18-də ümumi çəkisi 36 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 3 kiloqramdan çox heroin, 6 kiloqramdan artıq tiryək, 26 kiloqram isə marixuana götürülərək dövriyyədən çıxarılıb.
“Azərsu” gücləndirilmiş iş rejimində çalışacaq
“Azərsu” ASC Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.
Zakir Həsənov Novruz bayramı münasibətilə hərbi hospitalda olub
Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı ilə əlaqədar martın 19-da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, əvvəlcə hərbi tibb müəssisəsinin həyətində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, ehtiram ifadə edilib.
Tanınmış müğənni özündən 30 yaş kiçik tələbəsi ilə evləndi
Türk musiqisinin sənətçilərindən olan Yıldırım Bekçi 30 yaş kiçik tələbəsi Emine Demirel ilə ailə həyatı qurub.
"Miss Bumbum" gözəli: "Ronaldu mənə təcavüz etdi"
"Miss Bumbum" gözəli Erika Kanella futbolçu Kriştianu Ronaldunu məhkəməyə verib. Model oyunçunun onu təhqir etdiyini bildirib. "Ronaldu mənə əxlaqsız sözlər söyləyib, hədələdi" deyən Erika onun eyni zamanda cinsi təcavüz etdiyini də söyləyib.
Daha üç prezidentliyə namizədə namizədlik vəsiqəsi təqdim edildi
Bu gün daha üç prezidentliyə namizədə namizədlik vəsiqəsi təqdim edilib. Məlumata görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevə namizədlik vəsiqələrini təqdim edib.
Bakcell abunəçiləri Novruz tətilində ölkə xaricində xərclədikləri məbləğin ƏDV hissəsini geri ala biləcəklər
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Novruz bayramı tətilini başqa ölkələrdə keçirəcək abunəçilərinə “Bakcell TaxFree4U” xidmətindən yararlanmağı tövsiyə edir. Bununla onlar xərclədikləri məbləğin əlavə dəyər vergisini (ƏDV) rahat formada geri ala biləcəklər.










.jpg)



