Gündəm
Bu gün Bakıda möhtəşəm atəşfəşanlıq olacaq
Bu gün axşam saatlarında Bakıda Dənizkənarı Milli Parkda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bayram konserti təşkil ediləcək. Məlumata görə, konsert proqramından sonra saat 21:45-də möhtəşəm atəşfəşanlıq keçiriləcək. Atəşfəşanlıq şəhərimizin sakinləri və qonlaqlarına unudulmaz anlar yaşadacaq.
Ərdoğan: "Türkiyə ordusu İraqa da daxil ola bilər"
Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatı ilə mübarizə məqsədilə İraqın şimalına Sincar şəhərinə daxil ola bilərlər. Məlumata görə, belə bir bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Prezident İlham Əliyev Tunisin dövlət başçısını təbrik edib
Prezident İlham Əliyev Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu göndərib.
Mart ayı üzrə sosial müavinətlər və prezident təqaüdləri artımlarla birgə maliyyələşdirilməsi başa çatıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə sosial müavinətlərin və Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin mart ayının 1-dən edilmiş artımlarla birgə tam maliyyələşdirilməsi təmin olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.
İki şagird narkotik dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib
Keçən il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2 min 487 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Məlumata görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda aidiyyəti qurumların təqdim etdikləri illik hesabatlar əsasında hazırladığı “Azərbaycan Respublikasında Narkotiklərə nəzarət sahəsində 2017-ci ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.
Narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar ötən il 44 əcnəbi cinayət məsuliyyətinə cəlb olunub
Azərbaycanda keçən il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 44 əcnəbi cinayət məsuliyyətinə cəlb edilib. Məlumata görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda aidiyyəti qurumların təqdim etdikləri illik hesabatlar əsasında hazırladığı “Azərbaycan Respublikasında Narkotiklərə nəzarət sahəsində 2017-ci ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.
Pakistana 123 milyarda başa gələn qələbə - General
Pakistan ordusu ölkə ərazisində yerləşən terrorçuların sonuncu sığınacağını məhv edib. Bunu jurnalistlərə açıqlamasında Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri general-mayor Asif Qafur deyib.
Putinin sirri faş oldu - General bilmədən açdı
Rusiyada martın 18-də keçirilən və Vladimir Putinin mütləq qələbəsi ilə nəticələnən prezident seçkiləri Suriyada neçə rus hərbçisinin də olduğunu ortaya çıxarıb.
Hamı evlənəcəklərini gözləyirdi, onlar ayrıldılar
Aktyor Şükrü Özyıldız evlənməyə hazırlaşdığı stilist Rabia Yamandan gözlənilmədən ayrılıb. İki ildir, sevgili olan cütlük nişanını qaytarıb. Bu yaxınlarda nişanlanan Rabia ailə arasında kiçik mərasim təşkil etdiklərini və toy tarixinin hələlik bəlli olmadığını demişdi.
Məşhur cütlük ikinci dəfə valideyn oldu
Hollivud ulduzu Eddi Redmeynlə xanımı Hanna Beqşou ikinci dəfə valideyn olublar. Cütlüyün Luk Riçard Beqşou adlı oğlu dünyaya gəlib.
Komissiya: 26 ildə Azərbaycan vətəndaşları əsasən narkotik istifadə nəticəsində İİV-ə yoluxub
Respublika Narkoloji Mərkəzində 2017-ci il ərzində müayinədən 2857 nəfər keçib, onlardan 107 nəfərdə İİV yoluxması aşkarlanıb. Təsdiq edilməsi üçün QİÇS-lə Mübarizə Mərkəzinə göndərilib. 81 nəfərdə bu diaqnoz təsdiqlənib. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası Azərbaycanda narkotiklərə nəzarət sahəsində 2017-ci il üçün ölkə məruzəsində deyilir.
Putin əsas hədəflərini açıqladı
Rusiya Prezidenti Vladimir Putin yeni prezidentlik müddətinin əsas hədəflərini açıqlayıb. Bu barədə RİA informasiya yayıb. “Bizim əsas məşğul olacağımız sahələr əlbəttə ki, daxili gündəm, innovasiya xarakteri qatmaqla Rusiya Federasiyasının iqtisadiyyatının artım templərinin qorunması olacaqdır. Sağlamlıq, təhsil, infrastruktur, sənaye istehsalı və digər vacib sahələrdəki bu inkişaf, dediyim kimi, irəli gedə bilmək və vətəndaşlarımızın həyat səviyyəsini yüksəltmək üçündür”, - Putin bildirib.
Səudiyyə Ərəbistanında kişilərlə qadınların maaşı bərabərləşdirilir
Səudiyyə Ərəbistanında kişilərin və qadınların maaşlarını bərabərləşdirməyə hazırlaşırlar. Bu barədə CBS kanalına krallığın varisi şahzadə Məhəmməd ibn Salman məlumat verib. “Biz yaxın gələcəkdə başlanacaq bir təşəbbüs üzərində işləyirik. Bu təşəbbüs kişilər və qadınlar üçün bərabər ödəniş təmin edən normaların inkişafına yönəldiləcək”, - deyə o bildirib. Səudiyyə şahzadələri qul əməyi vasitəsilə səhrada 500 milyard dollarlıq bir cənnət tikəcəklər.
"Bu oyunlar bizi Avropa çempionatına apara bilər"
Millətlər Liqası öncəsi bizə psixoloji hazırlıq lazımdır. Bu baxımdan, Finlandiya və Azərbaycan yığmalarına qarşı yoldaşlıq matçları durumumuzu yaxşılaşdırmağa kömək edəcək.
""Zeytun budağı" hələ başa çatmayıb"
Türkiyə "Zeytun budağı" antiterror əməliyyatını hələ başa çatdırmayıb. Bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib. O qeyd edib ki, hazırda Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrində küçə və meydanların minalardan təmizlənməsi işləri görür.














