Komissiya: 26 ildə Azərbaycan vətəndaşları əsasən narkotik istifadə nəticəsində İİV-ə yoluxub
Respublika Narkoloji Mərkəzində 2017-ci il ərzində müayinədən 2857 nəfər keçib, onlardan 107 nəfərdə İİV yoluxması aşkarlanıb. Təsdiq edilməsi üçün QİÇS-lə Mübarizə Mərkəzinə göndərilib. 81 nəfərdə bu diaqnoz təsdiqlənib. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası Azərbaycanda narkotiklərə nəzarət sahəsində 2017-ci il üçün ölkə məruzəsində deyilir.
19 Mart 2018 17:26 SosialRespublika Narkoloji Mərkəzində 2017-ci il ərzində müayinədən 2857 nəfər keçib, onlardan 107 nəfərdə İİV yoluxması aşkarlanıb. Təsdiq edilməsi üçün QİÇS-lə Mübarizə Mərkəzinə göndərilib. 81 nəfərdə bu diaqnoz təsdiqlənib. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası Azərbaycanda narkotiklərə nəzarət sahəsində 2017-ci il üçün ölkə məruzəsində deyilir.
Bildirilir ki, Azərbaycan vətəndaşları arasında 2017-ci ildə aşkar olunan İİV-ə yoluxma hallarının 15,6 faizi, ümumilikdə isə 1992 - 01.01.2018-ci il tarixədək yoluxma hallarının 46 faizi infeksion narkotik istifadəsi nəticəsində baş verib: "Ümumilikdə 1987-ci ildən İİV infeksiyası aşkar olunmuş 6755 nəfərdən 3064 xəstə, inyeksiyon narkotik istifadəçisi olub ki, onların da 2265 nəfəri dispanser qeydiyyatına götürülüb. Eyni zamanda ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2017-ci ildə aşkarlanmış 570 nəfər İİV-li şəxslərin 87 nəfəri İNİ-lər olub". Apa.az