Pakistana 123 milyarda başa gələn qələbə - General

Pakistan ordusu ölkə ərazisində yerləşən terrorçuların sonuncu sığınacağını məhv edib. Bunu jurnalistlərə açıqlamasında Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri general-mayor Asif Qafur deyib.

"2014-cü ilə qədər Pakistanın əsas səyləri "Təhriki-Talibani-Pakistan" terror təşkilatına qarşı yönəlmişdi. 2014-cü ildən indiyə qədər isə biz Həkkani Şəbəkəsi terror təşkilatına qarşı mübarizə aparırıq. Bu cür gecikməyə səbəb imkanların çatışmazlığı olub. Bu gün Pakistanda terror təşkilatlarına məxsus heç bir sığınacaq qalmayıb. Qələbə bizə baha başa gəlib. Biz bu savaşda 123 milyard dollar itirmişik", - deyə o bildirib. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31