Səhiyyə nazirinin müavini intihar etdi - Rusiyada
Tatarıstanın səhiyyə nazirinin müavini Yelena Şişmaryova intihar edib. Bu barədə Rusiya İstintaq Komitəsinin regional bölməsi məlumat yayıb. Nazir müavininin meyiti Stolbişe qəsəbəsində evində aşkar edilib. Onun ölümü kriminal xarakterli deyil.
19 Mart 2018 15:41 DünyaTatarıstanın səhiyyə nazirinin müavini Yelena Şişmaryova intihar edib. Bu barədə Rusiya İstintaq Komitəsinin regional bölməsi məlumat yayıb. Nazir müavininin meyiti Stolbişe qəsəbəsində evində aşkar edilib. Onun ölümü kriminal xarakterli deyil. Müşahidə kamerası vasitəsilə hadisə yerində əlavə iz aşkar olunmayıb. Ekspertiza zamanı onun orqanizmindən fenobarbital maddəsinin izi aşkarlanıb. Başqa adı "lüminal" olan bu preparatdan epilepsiyaya qarşı istifadə edilir. Bu səbəbdən də hadisə ilə bağlı cinayət işi açılmayıb. Report.az