Bakı İrəvanı tam təcrid etdi: çətin dövr başlayır - Xaratyan
19 Mart 2018 15:56 SiyasətYaxın gələcəkdə Ermənistanın böyük regional layihələrin heç birində iştirak etmək imkanı olmayacaq. Bunu "1in.am" saytına açıqlamasında Gürcüstandakı ermənidilli "Alik Media" qəzetinin rəhbəri Arsen Xaratyan deyib. Onun sözlərinə görə, diqqəti təkcə Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşünə yönəltmək olmaz:
"Biz həm də avropalılarla müəyyən razılaşmanın olduğunu təxmin edə bilərik. İran malları Qərbə gedəcək və əks istiqamətdə Qərb malları İrana gələcək. Biz görürük ki, Şimal-Cənub avtoyolu hansı vəziyyətdədir. Biz onu sona qədər tikməyi bacarmamışıq ki, Türkiyə ilə effektiv kommunikasiya həyata keçirə bilək.
Ermənistanın tam təcridi çox ciddi və neqativ proseslərə səbəb olacaq". Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31