Gündəm
Azərbaycan 11 aprel seçkilərinə tam hazırdır
Artıq seçkilərin təbliğat-təşviqat mərhələsi başlayıb. Prezident postu uğrunda mübarizəyə qoşulan namizədlərdən hansının seçkidə qələbə qazanmaq mümkünlüyünə aydın gətirmək istəsək, birmənalı olaraq deyə bilərik ki, 11 aprel seçkilərinin qalibi hakim partiyanın namizədi Cənab İlham Əliyev olacaq.
Sergey Skripalın zəhərlənməsində günahkar kimdir?
Rusiya Baş Kəşfiyyat (QRU) İdarəsinin keçmiş əməkdaşı, istefada olan polkovnik Sergey Skripalın qızı Yuliya ilə birlikdə İngiltərədə zəhərlənməsi ətrafında qalmaqal səngimək bilmir. Məsələ ətrafında həm İngiltərə, həm də Rusiya bir-birinə qarşı diplomatik səviyyədə yeni-yeni tədbirlər həyata keçirirlər. Daha doğrusu, Böyük Britaniya məsələni ikitərəfli qaydada analiz edib günahkarı tapmaq əvəzinə, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etmək yolunu tutub. Məsələni bu qədər böyütməkdə Britaniyanın məqsədi nədir? Nə üçün İngiltərə zəhərlənmə faktının araşdırılması məsələsini gündəmə gətirmir, yaxud, bu məsələdə Rusiya ilə birgə işləməkdən imtina edir? BMT-nin Baş Katibi Antonio Guterres nədən beynəlxalq səviyyədə münaqişəyə səbəb olmuş faktın araşdırılması üçün zəruri tədbir görmür?
Könül Kərimovadan Məhəbbət Kazımovla bağlı ETİRAF — "Onu qısqanırdım"
Müğənni Könül Kərimova Nanə Ağamalıyevanın aparıcısı olduğu "Nanəli" verilişinin mərhum əməkdar artist Məhəbbət Kazımova həsr olunmuş buraxılışında maraqlı açıqlamalarla çıxış edib.
YAP 40-dan çox mitinq keçirəcək
“Təbliğat-təşviqat dövründə Yeni Azərbaycan Partiyası 40-dan çox mitinq keçirəcək”. Məlumata görə, bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovpartiyanın qərargahında www.ilhamaliyev2018.az saytının təqdimatı zamanı bildirib.
Sankt-Peterburqda Azərbaycan əsilli şəxslər kütləvi dava saldı
Sankt-Peterburun Vıborq rayonundakı “Milan” kafesində Azərbaycan əsilli şəxslərin iştirakı ilə kütləvi dava baş verib. Dava travmatik silahdan atışma ilə müşayiət olunub.
Bakıda otellərin qiyməti ucuzlaşdı
Bakıda hər il Novruz bayramı ərəfəsində otellər qiymətlərini qaldırsalar da, bu il qiymətlərini 20 faiz ucuzlaşdırıblar. Bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. N.Bağırovun sözlərinə görə, təxminən 10-15 gün əvvəl otellərdə qiymətlər baha olsa da, artıq qiymətlər ucuşlaşdırılıb.
ABŞ Ermənistana və Qarabağ separatçılarına 70 milyon dollar ayıracaq
ABŞ Nümayəndələr Palatasının 37 üzvü Konqresin erməni məsələləri üzrə komissiya qrupunun həmsədri Frenk Palonun 2019-cu maliyyə ilində Qarabağ və Ermənistan üçün 70 milyon dollar ayrılmasına dair çağırışına qoşulub.
“Lotu Quli”nin atası niyə həbs olunub, İsgəndər Həmidovla onu nə birləşdirib?
Əsl adı Nadir Nəriman oğlu Səlifov olan və kriminal aləmdə “Lotu Quli” kimi tanınan avtoritet haqda Moderator.az silsilə yazılar təqdim edəcək. Oxumaq istəyənlər saytı izləsinlər. Əldə etdiyimiz kitabda Lotu Quli haqda heç yerdə eşitmədiyiniz məlumatlarla tanış olacaqsınız. Nadir Səlifov 1972-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub. Ailədə üç qardaş və iki bacı olublar.
Eldar Əzizov: "Bayıl sürüşmə sahəsində yaşayan sakinlər evlərinə qayıtmaq istəyirlər"
"Bayıl sürüşmə sahəsində yaşayan sakinlərlə dialoq davam etdirilir. Sürüşmə sahəsində yaşayan sakinlərin böyük hissəsi öz evlərinə qayıdıb yaşamaq istəyirlər". Bunu Səbail rayon İcra Hakimiyyətinin (RİH) başçısı Eldar Əzizov deyib. RİH başçısı bildirib ki, sürüşmə zəifləsə də, proses hələ dayanmayıb: "Yekun qərar qəbul etmək üçün mütəxəssislərin rəyi olmalıdır. Kompensasiyanın verilməsinə də baxılır. Bəli, evləri dağılan sakinlərə kompensasiya verilməsi uzanır. Çünki sakinlər hər gün yeni bir təkliflə bizə müraciət edirlər. Hesab edirəm ki, çox qısa vaxtda problem həllini tapmalıdır".
Cümhuriyyəti ili çərçivəsində növbət tədbir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlərini davam etdirir. Martın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı Peşə Tədris Mərkəzində AMEA-nın Fəlsəfə institutunun aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mətanət Şəkixanovanın “Maarifçilikdən Xalq Cümhuriyyətinə: siyasi-fəlsəfi aspektlər” mövzusunda mühazirəsi keçirilib.
YAP prezident seçkiləri ilə bağlı sayt yaradıb
Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında 11 aprel prezident seçkiləri ilə əlaqədar yaradılmışwww.ilhamaliyev2018.az saytının təqdimatı keçirilib. Məlumata görə, təqdimatda YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov, partiya üzvü, deputat Vüsal Hüseynov və digər şəxslər iştirak ediblər. Siyavuş Novruzov bildirib ki, Seçki Məcəlləsinə uyğun olaraq bu gündən etibarən təbliğat-təşviqat kampaniyası başlayır: “Bu təbliğat üsullarından biri də yeni internet saytının yaradılmasıdır".
Vanqanın Putin və Venera planeti ilə bağlı öncəgörmələri
Vanqanın müəyyən dövrlərlə bağlı öncəgörmələrinin bir çoxu reallaşıb. Bu gün Vanqanın 2018-ci il üçün öncəgörmələrini təqdim edir. Vanqanın daha əvvəl bilinməyən bir proqnozu da üzə çıxıb. 1996-cı ildə dünyasını dəyişən Vanqa 51-ci əsrdə dünyanın sonu olacağını bildirib.
Dövlət başçısı: "Azərbaycan Avrasiyanın önəmli nəqliyyat mərkəzinə çevriləcək"
"Azərbaycan Novruzu gözəl nəticələrlə qarşılayır. Ölkəmiz hərtərəfli inkişaf edir. Aparılan quruculuq işləri ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır". Məlumata görə, bunu prezident İlham Əliyev Bakıda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində çıxşında deyib.
Prezident İlham Əliyev: “Valyuta ehtiyatımız 44 milyard dollara bərabərdir”
“Biz uğurla inkişaf edirik. Azərbaycan iqtisadi sahədə də böyük uğurlara imza atıb. Bu bayramı gözəl iqtisadi nəticələrlə qarşılayırıq”. Bunu Bakıda Novruz münasibətilə keçirilən ümumxalq şənliyində prezident İlham Əliyev çıxışında deyib.
Dövlət başçısı: “Ölkəmizə gələn qonaqların sayı bu ilin iki ayında 12 faiz artıb”
"Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bakıya gələn hər bir qonaq bunu qeyd edir”. Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda Novruz münasibətilə ümumxalq şənliyində çıxışında deyib.












