YAP 40-dan çox mitinq keçirəcək
“Təbliğat-təşviqat dövründə Yeni Azərbaycan Partiyası 40-dan çox mitinq keçirəcək”. Məlumata görə, bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovpartiyanın qərargahında www.ilhamaliyev2018.az saytının təqdimatı zamanı bildirib.
19 Mart 2018 14:35 Siyasət"Təbliğat-təşviqat dövründə Yeni Azərbaycan Partiyası 40-dan çox mitinq keçirəcək". Məlumata görə, bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovpartiyanın qərargahında www.ilhamaliyev2018.az saytının təqdimatı zamanı bildirib. O deyib ki, YAP qanunvericiliyə əsasən əhaliyə təbliğat xarakterli materiallar paylayacaq: "Bundan başqa, sosial şəbəkələrdə təbliğat-təşviqatla bağlı kampaniyalara start verəcəyik. Yeni saytda təbliğat imkanları genişdir. Buradan namizədimiz, cənab prezidentİlham Əliyevin fəaliyyəti barədə istənilən məlumatı bölüşmək olar". Apa.az