Cümhuriyyəti ili çərçivəsində növbət tədbir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlərini davam etdirir. Martın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı Peşə Tədris Mərkəzində AMEA-nın Fəlsəfə institutunun aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mətanət Şəkixanovanın “Maarifçilikdən Xalq Cümhuriyyətinə: siyasi-fəlsəfi aspektlər” mövzusunda mühazirəsi keçirilib.
19 Mart 2018 14:20 SosialAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlərini davam etdirir.
Martın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı Peşə Tədris Mərkəzində AMEA-nın Fəlsəfə institutunun aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mətanət Şəkixanovanın "Maarifçilikdən Xalq Cümhuriyyətinə: siyasi-fəlsəfi aspektlər" mövzusunda mühazirəsi keçirilib.
Mərkəzin direktoru Zaur Muradov tədbiri giriş sözü ilə açaraq, gənclərin peşə seçiminə diqqətlə yanaşmalarının vacibliyini bildirib, peşəkar kadrların hazırlanmasında nəzəriyyə və təcrübənin birgə tətbiqinin təsirlərindən söz açıb və Bilik Fondunun bu istiqmətdə maarifləndirici tədbirlərinə dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb.
Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova bu il may ayının 28-də müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün qeyd olunduğunu və 2018-ci ilin ölkədə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edildiyini xatırladıb.
Tədbirdə iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva təmsil etdiyi qurumun bu ilin mahiyyətinə uyğun olaraq müəllifi olduğu layihələrdən danışıb.
Bilik Evinin rəhbəri Sevinc Əliyeva Cümhuriyyət yaradıcılarının ictimai və siyasi fəaliyyətlərinin təbliği, təşviqi ilə bağlı görülən işlərdən söz açaraq, gələcəyin daha gözəl qurulmasında keçmişin danılmaz rolu olduğunu vurğulayıb.
Mühazirəçi M.Şəkixanova müsəlman Şərqində ilk demokratik respublika olan AXC-nin Vətənimizin qeyrətli oğulları tərəfindən son dərəcə çətin, ağır bir dövrdə, mürəkkəb daxili və xarici şərtlərə baxmayaraq yaradıldığını deyib.
Məktəbin kitabxanasına Bilik Fondu adından Cümhuriyyət tarixini əks etdirən kitablar hədiyyə olunub.
Sonra İsmayıllı Bilik Evinin dinləyicilərinə və yerli gənclərə "Parisdən məktublar" sənədli filmi göstərilib.