Rusiyada seçki həyəcanı bitdi

Şimal qonşumuzda seçki həyəcanı başa çatdı. Gözlənildiyi kimi bu dəfə də seçkilərdən Vladimir Putin qalib çıxdı. Seçkilərdə Putinə ciddi alternativin olmaması, həmçinin onun xalq arasındakı reytinqinin hələ də qalması Kreml rəhbərinin qələbəsini qaçılmaz edirdi. Ancaq qarşıdakı 7 ilin Putin üçün o qədər də yaxşı keçməyəcəyi bildirilir.

Putinin növbəti prezidentlik müddəti Rusiyaya və regiona nə vəd edir?

Şimal qonşumuzda seçki həyəcanı başa çatdı. Gözlənildiyi kimi bu dəfə də seçkilərdən Vladimir Putin qalib çıxdı. Seçkilərdə Putinə ciddi alternativin olmaması, həmçinin onun xalq arasındakı reytinqinin hələ də qalması Kreml rəhbərinin qələbəsini qaçılmaz edirdi. Ancaq qarşıdakı 7 ilin Putin üçün o qədər də yaxşı keçməyəcəyi bildirilir. Buna səbəb kimi hələ də Qərb, Birləşmiş Ştatlarla olan soyuq münasibətlər göstərilir. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Rusiyada prezident seçkiləri, yenidən Putinə Kremldə növbəti 7 il üçün qalmaq şansı verdi. Onun sözlərinə görə, növbəti yeddi il əvvəlki illərdən fərqli olaraq Putin üçün gərgin və qlobal geosiyasi konfrontrasiyanın əsas füquru olacaq: " Qərblə kəskinləşən siyasi -iqtisadi münasibətlər kəşfiyyat və kiber müharibə ilə davam edir. Hələ, Vladimir Putin 2014-cü ildə öz "Yaşıl adamcıqlarını" Krıma çıxarmaqla Qərbə qarşı hibrid müharibəsini elan etdi və Ukraynanın bu ərazisini güc tətbiq edərək Rusiyaya birləşdirdi. Putinin bu siyasi-hərbi hərəkəti ikinci dünya müharibəsindən sonra dövlətlərin toxunulmaz sərhədlərini güc yolu ilə dəyişdirməsi idi. Təbii ki, Birləşmiş Ştatlar başda olmaqla Qərb dünyası rəsmi Kremlin beynəlxalq hüququ pozan bu siyasətinə seyrçi qala bilməzdi. Tətbiq edilən sanksiyalar bu ölkənin iqtisadi inkişafına zərbə vurdu. Qeyd edim ki, Ukrayna və Suriya Qərblə (ABŞ) Rusiya arasında əsas savaş plasdarımıdı. Bir tərəfdən Britaniyada keçmiş QRU zabitinə qarşı kimyəvi silahla hücum Putinə vahid cəbhənin formalaşmasına əsas verdi.

Qərbdən bu qədər təzyiqlər fonunda Putin MDB ölkələrindən Rusiyaya qarşı tam dəstək ifadə olunmasını istəyəcək. Ötən həftə Qazaxıstanın ABŞ vətəndaşları üçün viza rejimini qaldırmasına Rusiya XİN rəhbərinin Sergey Lavrovun sərt bəyanatı göstərir ki, Moskva bundan sonra öz geosiyasi hüdudları saydığı post-sovet ölkələri ilə təzyiq dili ilə danışacaq və Qərbin bu arialda möhkəmlənməsinə imkan verməyəcək. Qeyd edim ki, ABŞ, Qazaxıstanı öz orbitinə almaqla Rusiyanın MDB ölkələrinə təsirini azaltmaq və Avrasiya İttifaqını beşikdə boğmağı qarşına məqsəd qoyub". Politoloq deyib ki, bu xüsusda Putinin növbəti prezidentlik dönəmində qonşu ölkələrə qarşı siyasi təzyiqlərinin artması gözləniləndir: "Putinin bu dönəmdə Azərbaycanla bağlı siyasətinə gəldikdə isə, Rusiya-Azərbaycan əlaqələrində ciddi problem gözlənilmir. Rusiya ilə ölkəmiz arasında hərbi-ticari müqavilələrin yenidən bağlanması gözlənilir. Azərbaycan Rusiyaya görə Avropa ilə müəyyən ara məsafəsi saxlayacaq. Əgər, ABŞ-ın məlum sanksiya xəbərdarlıqlarına Azərbaycan Rusiya ilə müqavilədən çəkinsə, Rusiyanın ölkəmizə ciddi təzyiqləri ola bilər. Xəzərin statusu ilə bağlı danışıqlar təxirə salına bilər. Xəzər dənizində Rusiya hərbi gəmilərinin intensiv manevrlərinin şahidi ola bilərik. Həmçinin KTMT çərçivəsində Rusiya Ermənistana açıq dəstəyini ifadə edər. Bu müddətdə Putin Qarabağ münaqişəsinin həllində real danışıqlara imkan verməyəcək və Ermənistan hakimiyyətini öz siyasi idarəsində saxlamaqla regionda sülhün bərqərarına əsas mane olacaq". Politoloq hesab edir ki, Putinin növbəti prezidentliyi sülh və təhlükəsizliyin qorunmasına deyil, münaqişlərin qızışdırılmasına və problemlərin dərinləşməsinə xidmət edəcək.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, Rusiyada gözlənilən baş verdi: "Vladimir Putin böyük səs çoxluğu qazanaraq elə birinci mərhələdə prezident seçildi, Pavel Qrudinin də ikinci olacağı bəlli idi. Ən böyük sürprizi Kseniya Sobçak etdi, o Rusiya liberal demokratlarının tanınmış lideri və ölkənin hər yerində partiya şöbələri olan Grigori Yavlinskini az da olsa qabaqlaya bildi. Fikrimcə, Sobçak bu tempdə davam etsə gələcəkdə liberalların ən tanınmış simasına çevrilə bilər. O gəncdir, tükənməz enerjisi var və sadə vətəndaşın problemlərini yerindəcə həll etməyə çalışır. Əlbəttə, bütün hallarda Rusiyada liberal ideya hələ uzun illər populyar olmayacaq, ancaq Sobçak liberalların lideri olmaq iddiasını gücləndirməyə çalışacaq. Pavel Qrudinin isə qazandığı ikincilik onu solçu-kommunist blokun gələcək liderinə çevirə bilər. Onsuz da yaşı 80-ə çatan Kommunist Partiyasının lideri Gennadi Züqanova əvəz lazımdır".

Müstəqil ekspert Zeynal Əmralıyev də deyir ki, Rusiyada keçirilən president seçkilərində digər namizədlərin nəticələri proqnozlaşdırıldığı kimi olsa da, süpriz Ksenya Sobçakdan gəldi: "Sobçak Yabloko Partiyasının qurucusu, rus liberalizminin önəmli siması Qriqori Yavlinskidən daha çox səs qazandı. Zənn etmək olar ki, Kreml Sobçakın nüfuzunu belə qabartmaqla liberal darələr içərisindən onu Aleksey Navalinə rəqib kimi hazırlayır. Navalinin səsinin özünün formalaşdırdığı müxalifət liderində toplanmasına çalışır. Buna görə də Sobçak çox qabardılır. Əvvəl də qeyd etmişdim ki,Putin gecə təşəkkür çıxışında dünyaya mesaj ünvanlayacaq və belə də oldu. Putin bildir ki,chr("39")chr("39")insanlarımızın ümidi ondadır ki, biz gərgin işimizi davam etdirib daha çox nəticə əldə edəkchr("39")chr("39"). Putinin demək istədiyi budur ki, insanlar mənə ona görə etimad gösdərdi ki, öz fəalliyətimizi daha çox gücləndirək və daha çox qazanaq. Bu açıqlama yaxşı nəsə vəd etmir. Zənnimcə,növbəti illərdə bütün dünya Putinin daha da sərt üzü ilə qarşılacaq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31