Ağdaşda 27 kilometrlik yol yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq bu il reallaşdırılan 63 kənd və qəsəbələrarası yolların yenidən qurulması layihələri çərçivəsində Ağdaş rayonunda daha bir avtomobil yolu əsaslı şəkildə bərpa olunur. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, uzunluğu 27 km olan Ağdaş rayonu Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulur. Burda yolun hərəkət hissəsi 6 metr, çiyinlər isə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq bu il reallaşdırılan 63 kənd və qəsəbələrarası yolların yenidən qurulması layihələri çərçivəsində Ağdaş rayonunda daha bir avtomobil yolu əsaslı şəkildə bərpa olunur. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, uzunluğu 27 km olan Ağdaş rayonu Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulur. Burda yolun hərəkət hissəsi 6 metr, çiyinlər isə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Sözügedən yolun neçə ildən sonra əsaslı şəkildə və sürətlə bərpa olunması yol boyu 7 yaşayış məntəqəsinin 13 minə yaxın əhalisinin ürəyincə olub. Çünki yol istismar üçün artıq yararsız vəziyyətə düşmüşdü. Bu isə gediş-gəlişdə problemlər yaradırdı.

Hazırda yol boyu deformasiyaya uğramış hissələr qazılara çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Bu işlərin həcmi 75 min kub.m təşkil edir. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə 227 min kv. m sahədə normativ qalınlıqlarda karxana çınqılı və optimal qum-çınqıl qarışıqlarından istifadə olunmaqla yol əsasının inşası işləri aparılacaq. Layihədə daha sonra isə asfaltlanma işlərinə başlanılması və paralel olaraq yol çiyinlərinin bərkidilməsi işləri də nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31