Azərbaycanda yaşayan Rusiya vətəndaşlarının 83,3 faizi Putinə səs verib
19 Mart 2018 15:04 DünyaAzərbaycanda Rusiyada prezident seçkiləri ilə bağlı keçirilmiş səsvermənin nəticələri açıqlanıb. Rusiyanın Azərbaycandakı səfirliyinin rəsmi səhifəsində yer alan məlumata görə, səfirlikdə açılmış səsvermə məntəqəsində 1517 Rusiya vətəndaşı iştirak edib.
Səsvermənin nəticəsinə əsasən Baburin S.N. 5 səs (0,33 faiz), Qrudinin P.N. 119 səs (7,92 faiz), Jirinovski V.V. 35 səs (2,33 faiz), Putin V.V 1252 səs (83,3 faiz), Sobçak K.A. 57 səs (3,79 faiz), Suraykin M.A. 7 səs (0,47 faiz), Titov B.Y 11 səs (0,73 faiz) və Yavlinski Q.A.17 səs (1,13 faiz) toplayıb. Bildirilir ki, səsvermə prosesi ilə bağlı səfirliyə heç bir şikayət daxil olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31