Prezident seçkilərində KİV-in əsas vəzifə və öhdəlikləri açıqlanıb

Martın 19-da Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK), Milli Televiziya və Radio Şurası (MTRŞ) və Mətbuat Şurasının təşkilatçılığı ilə "Azərbaycan Respublikasının Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib. Seminar-müşavirədə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, MSK sədri Məzahir Pənahov, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİV rəhbərləri, jurnalistlər, fəal sosial şəbəkə istifadəçiləri və blogerlər iştirak ediblər. Tədbirdə çıxış edən MSK sədri M. Pənahov deyib ki, seçki prosesində artıq finiş xəttinə çıxılıb, martın 19-u axşam saatlarından İctimai Televiziyanın (İTV) efirində namizədlərin Dəyirmi Masası olacaq: "Bu gün seçkiqabağı təşviqat başlayır.

Əli Həsənov: " Mən Kütləvi İnformasiya Vasitələrinin bu məsələnin öhdəsindən peşəkarlıqla gələcəyinə inanıram"
 

Martın 19-da Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK), Milli Televiziya və Radio Şurası (MTRŞ) və Mətbuat Şurasının təşkilatçılığı ilə "Azərbaycan Respublikasının Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib. Seminar-müşavirədə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, MSK sədri Məzahir Pənahov, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİV rəhbərləri, jurnalistlər, fəal sosial şəbəkə istifadəçiləri və blogerlər iştirak ediblər. Tədbirdə çıxış edən MSK sədri M. Pənahov deyib ki, seçki prosesində artıq finiş xəttinə çıxılıb, martın 19-u axşam saatlarından İctimai Televiziyanın (İTV) efirində namizədlərin Dəyirmi Masası olacaq: "Bu gün seçkiqabağı təşviqat başlayır. Namizədlər İctimai Radiodakı Dəyirmi Masanın İTV-dəki Dəyirmi Masadan əvvəl olmasını istəyirlər. Radioda Dəyirmi Masanın saat 19.00 radələrində, İTV-də Dəyirmi Masanın saat 22.00, yaxud saat 22.00-dan sonra olması gözlənilir". MSK sədri prezident seçkilərində 5600 məntəqədə 5 milyon 300 mindən çox seçicinin səs verməsinin gözləndiyini nəzərə çatdırıb: "Artıq 15 müşahidəçi missiyası qeydə alınıb. Seçkilərə bir neçə gün qalmış ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 280 qısa müddətli müşahidəçiləri də gələcək. Eyni zamanda 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq. Seçkilərin şəffaf təşkili baxımından ən effektiv vasitə veb-kameralardır. Azərbaycana gəlmədən dünyanın istənilən nöqtəsində Azərbaycandakı seçki məntəqələrinin 20 faizində seçki prosesini izləmək, müşahidə etmək mümkündür. Bu, siyasi iradənin təzahürüdür, məhz Azərbaycan prezidentinin təşəbbüsü ilə seçkilərin şəffaflığının təmin edilməsi üçün veb-kameralar quraşdırılmasına qərar verilib. Indi bu praktika dünyanın bir çox ölkələrində tətbiq olunur". M.Pənahov əlavə edib ki, Kütləvi İnformasiya Vasitələrinin qarşısında duran vəzifə ondan ibarətdir ki, seçki prosesini cəmiyyətə süşki qanunvericiliyinə uyğun çatdırsın: "Çalışmalıyıq ki, Azərbaycanda gedən seçki prosesinin sahibi özümüz olaq. Bəzən seççkilərə neqativ müdaxilələr də olur. Ancaq son iyirmi ildə Azərbaycan mediası kimin obyektiv olmasını saf-çürük edə bilib. Təşəbbüs sağlam qüvvələrin əlində olanda xarici neqativ müdaxilə qeyri-mümkün olur". Müxtəlif ölkələrdə seçki ilə bağlı xırda nöqsanların kənar qüvvələr tərəfindən şişirdilməsi hallarına rast gəlindiyini qeyd edən MSK sədri seçki prosesində KİV-in üzərinə böyük vəzifə düşdüyünü söyləyib: "Şəxsən biz Azərbaycan KİV-nin təcrübəsinə inanırıq. Seçki yeganə prosesdir ki, maraqlı qüvvələrin seçki vasitəsilə ölkələrin daxili işlərinə müdaxilə etmək imkanı var. Azərbaycanda seçki ilə bağlı əldə olunan nailiyyətlərdə KİV-in də böyük rolu var".
Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, seçki prosesi təbliğata qədər, təbliğat dövrü və seçki prosesinin keçirilməsi, nəticələrin elan olunmasından ibarətdir. Ə. Həsənov KİV-i Seçki Məcəlləsinin tələblərinə riayət etməyə, peşəkar fəaliyyət ortaya qoymağa çağırıb: "Hər bir namizəd seçicilərə fikir və mülahizələrini KİV vasitəsi ilə kütləvi şəkildə çatdırmalıdır. MSK namizədlərin istəyini nəzərə alaraq, televiziyada namizədlərin debatlarının müddətini 21.00-23.00 arasında müəyyənləşdirəcək. Əvvəllər debatlar saat 19.00-da təşkil olunurdu, əhalinin müəyyən hissəsi bu debatlara baxa bilmirdi". Ə. Həsənov bildirib ki, KİV-rin rolu prezident seçkilərində iştirak edən namizədlərin roluna bərabərdir: "KİV namizədlər üçün vahid qiymətin, o cümlədən vaxt və yerin ayrılmasını təmin etməlidir. KİV bütün namizədlər üçün bərabər şərait yaratmalıdır. Bu, KİV-in peşəkarlığından və Seçki Məcəlləsinin tələblərindən irəli gəlir. Seçki Məcəlləsinin pozulmamasına xüsusi diqqət yetirilməlidir. KİV-in rolu 3-4 mərkəzdən monitorinq olunacaq, bütün seçki müşahidə missiyaları KİV-də namizədlər üçün yaradılmış şəraiti hesabatlarında qeyd edəcəklər". Azərbaycan prezidentinin köməkçisi qeyd edib ki, namizədlərdən biri prezidentdir: "KİV-də ölkə prezidentinin cari fəaliyyətinin işıqlandırılması ilə prezidentin təbliği arasında cizgi pozulmamalıdır. Mən KİV-in bu məsələnin öhdəsindən peşəkarlıqla gələcəyinə inanıram. Digər tərəfdən, pullu efir vaxtı ilə bağlı Seçki Məcəlləsinin tələbləri pozulmamalıdır. Bir namizəd üçün müəyyən edilən qiymət, ayrılan vaxt digər namizəd üçün də eyni olmalıdır".
 MTRŞ sədri Nuşirəvan Məhərrəmli indiyə qədər hər hansı qurum və namizəd tərəfindən şikayət ünvanlanmadığını nəzərə çatdırıb: "Bu yaxınlarda ATƏT DTİHB-nin Müşahidə missiyası ilə görüşdük. Onlar hazırkı prezidentin fəaliyyəti və təbliğatının necə tənzimlənəcəyi ilə maraqlanırdılar. Mən də prezidentin fəaliyyətinin televiziya və radiolarda işıqlandırılacağını, təbliğat xarakterli materialların isə bu zaman fərqləndiriləcəyini nəzərə çatdırdım. Bu sahədə qızıl balansı qoruyub saxlamağa çalışacağımızı bildirdik. Ödənişli təbliğata bütün radio və televiziyalar hazırdır. Amma seçki təbliğatı ilə reklam fəaliyyəti arasında balans gözlənilməlidir. Bəzən televiziyalarda mal və xidmətlərin reklamı namizədlər üçün ayrılan vaxtın qiymətindən baha olur. Ona görə də telekanallar bəzən namizədlər üçün pullu efir vaxtının ayrılmasında maraqlı olmurlar. Mən ona görə də namizədlərin pullu efir vaxtı ilə bağlı ödənişlərə normal yanaşmasını istərdim". Mətbuat Şurasının sədri Ə. Amaşov Şuranın seçki ilə bağlı fəaliyyətindən söz açıb: "15 qəzetin, 10 agentliyin monitorinqi aparılmaqdadır. Monitorinqlər zamanı namizədlərlə bağlı materialların nə dərəcədə peşəkarlıqla hazırlanması araşdırılacaq. Bu zaman faktla və müəllifin şərhi arasında fərqə də diqqət yetiriləcək. Seçki günü Mətbuat Şurasının telefonları "qaynar xətt" kimi fəaliyyət göstərəcək. Əvvəlki seçkilərdə olduğu kimi hər hansı məsələ ortaya çıxan zaman MSK ilə əlaqə yaradılacaq". MSK sədrinin müavini Natiq Məmmədov "Azərbaycan Respublikasının Prezidentinin seçkilərində seçkiqabağı təşviqat mərhələsində təşviqat subyektlərinin azad davranışı və bərabərliyi. Bu prosesdə KİV-lərin rol və vəzifələri" mövzusunda çıxış edib.
Müzakirələr zamanı çıxış edən "Teleqraf" media qrupunun rəhbəri Aynur Camalqızı "YouTube" video xidmətində Azərbaycan prezidenti haqqında təhqiramiz materiallar yerləşdirilməsi ilə bağlı bu sosial şəbəkənin rəhbərliyinə müraciət olunmasını təklif edib."YouTube" rəhbərliyinin Azərbaycan dilini bilmədiyini söyləyən A. Camalqızı orada yerləşdirilən bu materialların məğzinin "YouTube" rəhbərliyinə çatdırılmasını zəruri sayıb. "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilməsini, "YouTube"dakı təhqiramiz videoların qarşısının alınması istiqamətində tədbirlər görülməsini istəyib. Sosial şəbəkələrlə bağlı məsələyə münasibət bildirən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu məsələdə cəmiyyətlə ortaq məxrəcə gəlinməsini vacib sayıb: "Sosial şəbəkələrdə müəyyən insanların səviyyəsizlik ortaya qoymasına tək Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də rast gəlinir. Kim özünü əxlaq normalarından aşağı aparırsa, o, ən az qorxulu rəqibdir, onu ciddi qəbul etmək lazım deyil. Dünya o səviyyədə deyil ki, kiminsə səviyyəsiz fikrinə əsasən bir insan haqqında rəyi formalaşsın. Ona görə də, belə hallara fikir vermək lazım deyil. Ancaq o başqa məsələdir ki, dünyada müəyyən ciddi qüvvələr, mərkəzlər dünyanın müasir kommunikasiya dilindən istifadə edərək məqsədli şəkildə belə fəaliyyət təşkil edir. Biz belə mərkəzlərə qarşı mübarizə aparmalıyıq. Dünyanın müasir kommunikasiya dili var və biz bütün imkanlardan istifadə edərək Azərbaycan ictimaiyyətini maarifləndirməliyik. Əsas məsələ isə odur ki, seçkinin nəticələrini Azərbaycan ictimaiyyəti qəbul edir. Bəzən tərbiyəsiz saytlara baxılmasının statistikasını verirlər. Mən buna təəccüblənirəm. Küçədə bir nəfər etikadan kənar hərəkət etsə, hamı ona baxacaq. Bu, həmin insanın hərəkətinin təqdir olunması deyil. İnternetdə hansısa təhqiramiz materiala bir milyon insan tərəfindən baxılması da onun təqdir edilməsi demək deyil. Amma belə hallara münasibət də bildirilə, etiraz da edilə bilər". MSK sədri xüsusən səsvermə günü məsuliyyətli olmağı vacib sayıb: "Kimlərsə məqsədli şəkildə seçki məntəqəsində seçki prosesini pozmaq istəyirsə, bu barədə Dairə Seçki Komissiyası və MSK-ya bildirmək lazımdır. KİV-lərin də bu sahədə xüsusi rolu var".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31