Gündəm
Şəhriyar Məmmədyarovun şansı nə qədərdir?
Almaniyanın paytaxtı Berlində keçirilən şahmat üzrə İddiaçılar Turniri üçün əmsallar açıqlanıb. Bukmeker kontorları şahmat tacı uğrunda norveçli Maqnus Karlsenə 4 rəqib görürlər.
Bu informasiyalar uşaqlar üçün QADAĞAN EDİLƏCƏK - SİYAHI
Azərbaycanda uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyənləşib.
Ermənilər 84 dəfə atəşkəsi pozub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 84 dəfə pozub.
7,2 kilometr dəmir yolu əsaslı təmir olunur
Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, martın 27-dən etibarən Gəncə-Alabaşlı mənzilində 7,2 km yolun əsaslı təmirinə başlanılıb. İşlər bir həftə davam edəcək. Təmir işlərini 5 saylı İDYM MMC-nin kollektivi həyata keçirir.
Millimizdə ciddi itki
Milli komandamızın baş məşçqisi Qurban Qurbanov Makedoniya ilə yoldaşlıq oyununda aparıcı futbolçulardan birinin xidmətindən istifadə edə bilməyəcək. Ukraynanın "Aleksandriya" klubunun müdafiəçisi Pavel Paşayev zədəli olduğu üçün sabah keçiriləcək oyunda meydana çıxmayacaq.
Matçda ürəyi dayanan amerikalı basketbolçu vəfat edib
"Xarici müşahidəçilərin seçkilərə marağı prosesin şəffaflığı ilə əlaqədardır"
Seçki hər bir ölkənin tarixində əhəmiyyətli hadisədir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu tarixi hadisəyə dəfələrlə şahidlik edib. Bu fikirləri açıqlamasında Almaniyada fəaliyyət göstərən Dünya Azərbaycanlıları Assambleyasının (DAA) prezidenti Rəşad Quliyev bildirib.
Avstraliya da "Skirpal işi"nə biganə qalmadı - 2 diplomat qovuldu
Avstraliya hökuməti ölkədən iki rusiyalı diplomatı deportasiya edəcək. Bu açıqlamanı baş nazir Malkolm Törnboll verib. Baş nazirin sözlərinə görə, rusiyalı diplomatlara ölkəni tərk etmələri üçün 7 gün möhlət verilib. Buna səbəb isə İngiltərədə rus agent Sergey Skripal və qızının zəhərlənərək ölüdürülməsidir. M.Törnboll bu hadisənin İngiltərənin suverenliyinə hücum olduğunu bildirib və ölkəsinin müttəfiqləri ilə birgə addım atdığını deyib.
Bayram günlərində ondan çox şəxs XƏSTƏXANALIQ OLDU
Novruz bayramında istirahət günlərində (mart ayının 20-26-da) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 12 nəfər dəm qazından zəhərlənmə ilə müraciət edib. Bu barədə şöbə müdiri Azər Maqsudov məlumat verib. Onun sözlərinə görə, müraciət edənlərin 7-si şöbəyə qəbul edilib, müvafiq yardım göstərildikdən sonra evə buraxılıb.
Azərbaycanlı məşhur idmançı həbs olundu
Seçkiyə qatılan partiyalar və siyasi kommunikasiya - ŞƏRH
Aprelin 11-də keçirələcək prezident seçkilərində 8 namizəd iştirak edir. Bu namizədlərdən yalnız birinin siyasi partiya mənsubiyyəti yoxdur. Başqa sözlə, hazırda ölkəmizdə fəaliyyət göstərən 7 siyasi partiya birbaşa və fəal şəkildə seçki kampaniyası aparır.
"Radiolardakı vəziyyətlə bağlı ictimaiyyət tərəfindən narazılıqlar var"
Radiolardakı vəziyyətlə bağlı ictimaiyyət tərəfindən böyük narazılıqlar var və o baxımdan da biz radiolarda monitorinqləri artırdıq. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli radiolarla bağlı keçirilən monitorinqlərə münasibət bildirərkən deyib. N.Məhərrəmlinin sözlərinə görə, bununla bağlı tədbir keçiriləcək və monitorinqin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.
İngiltərənin baş naziri: "Hamımız Rusiyaya mesaj göndərdik"
İngiltərənin baş naziri Terreza Mey keçən həftə baş tutan Aİ-nin zirvə toplantısında "diplomat krizi" məsələsinə dair açıqlama verib. Nazir "Biz hamımız beynəlxalq hüquqi qərarları ciddiyə alması və dəyərlərimizlə hörmətlə yanaşması üçün Rusiyaya mesaj göndərdik" deyib. Mey "Skripal" hadisənin Rusiyanın getdikcə təcavüzkar bir mövqe tutduğunu nümayiş etdirdiyini də dilə gətirib.
"Vətəndaşların demokratik şəkildə səsverməsi üçün lazımi şərait yaradılıb"
TRT kanalında məşhur müğənnidən ŞOK hərəkət – FOTO/VİDEO
TRT musiqi kanalında "Əngəlsiz səhnə" adlı proqrama qatılan məşhur müğənni Hakan Peker canlı yayımda mahnı oxuduğu zaman operatorun və rejissorun onu ekranda göstərməməsinə etiraz olaraq səhnəni tərk edib.














