Bayram günlərində ondan çox şəxs XƏSTƏXANALIQ OLDU

Novruz bayramında istirahət günlərində (mart ayının 20-26-da) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 12 nəfər dəm qazından zəhərlənmə ilə müraciət edib. Bu barədə şöbə müdiri Azər Maqsudov məlumat verib. Onun sözlərinə görə, müraciət edənlərin 7-si şöbəyə qəbul edilib, müvafiq yardım göstərildikdən sonra evə buraxılıb.

"Dəm qazı ilə zəhərlənmədə ölüm halı qeydə alınmayıb. Bayram günlərində 4 nəfər həkim təyinatı ilə qəbul edilən dərmandan zəhərlənmə, 6 nəfər isə dərmanın allergik reaksiyası ilə müraciət edib. Onların hər biri ilə söhbətdən məlum olub ki, zəhərlənmələrin heç birində məqsəd intihar olmayıb, sadəcə doza aşılıb. 6 nəfər isə bayram günləri sərxoş halda şöbəyə yerləşdirilib".

A.Maqsudov onu da bildirib ki, bütün müraciətlərə yardım göstərilərək evə buraxılıb, yalnız 1 nəfər isə sirkədən zəhərlənmiş şəxsin hazırda klinikada müalicəsi davam etdirilir. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31