Matçda ürəyi dayanan amerikalı basketbolçu vəfat edib

Amerikanın "G" liqasında mübarizə aparan "Qrand-Rapids" komandasının basketbolçusu Zek Apşou martın 26-da vəfat edib. Bu barədə Milli Basketbol Assosiasiyasının (NBA) saytı məlumat yayıb.

Qeyd edək ki, martın 24-də, "Qrand-Rapids"in "Detroyt Pistons"la matçı zamanı onun ürəyi dayanmışdı. "Klinikada tibb heyətinin səylərinə baxmayaraq Zek 11:16-da bizi tərk etdi", - deyə açıqlama bildirilir.

Açıqlamada qeyd edilib ki, onula vida mərasiminin təfərrüatı barədə sonra məlumat veriləcək.  Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31