Gündəm

DİQQƏT! Xəbəriniz olmadan adınıza cərimə - Sürücülük vəsiqəsinə isə bal yazıla bilər - VİDEO

27 Mart 2018 12:20

Özünüzün də xəbəriniz olmadan adınıza cərimə, sürücülük vəsiqəsinə isə bal yazıla bilər. Məlumata görə, bəzi avtomobil sahibləri cərimələrdən gələn balların öz sürücülük vəsiqəsinə düşməməsi üçün yeni üsula əl atırlar. Onlar başqalarına bilərəkdən etibarnamə verir ki, cərimələr həmin şəxsə getsin.

Səhiyyə Nazirliyi: "Azərbaycanda 60 min insan epilepsiyadan əziyyət çəkir"

27 Mart 2018 12:16

Dünyada 50 milyondan çox, Azərbaycanda isə 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir.  Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, son 15 ildə Azərbaycanda epilepsiya ilə bağlı problemlərin həlli üçün ciddi işlər görülüb, ilk növbədə, xəstəliyin epidemiologiyası, nozoloji və semioloji strukturu, xəstələrin həyat keyfiyyəti və s. məsələlər tədqiq edilib. 

Türkiyə ordusundan YENİ HƏMLƏ - Ərdoğan ANONSUNU VERMİŞDİ

27 Mart 2018 12:12

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) “Fərat Qalxanı” və “Zeytun budağı” hərəkatlarından sonra Münbiç və Tel-Rıfatı ələ keçirərək sərhədlərinin PKK terror təşkilatından təmizlənməsi üzrə əməliyyatları davam etdirəcək.

Messi: "Onlar bizdən güclüdürlər"

27 Mart 2018 12:08

Argentina yığmasının lideri Lionel Messi dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb. Messi mundialın qalibi olmağı arzuladıqlarını bildirib. Ancaq o, Argentina yığmasının favorit olmadığını da iddia edib: "Biz bu hissi yaşamaq və dünya çempionatının qalibi olmaq istəyirik. Bizim özümüzün özümüzə borcumuz var. İnsanlara heç nə borclu deyilik. Çünki meydanda daim maksimum qüvvə sərf edirik.

"Twitter"dən kriptovalyuta QADAĞASI

27 Mart 2018 12:06

Bu gündən Amerikanın "Twitter" internet-şirkəti də "Google" və "Facebook"un ardınca kriptovalyutaların reklamını qadağan edir. Bu barədə şirkətin nümayəndəsi xəbər verib. Məlumata görə, qadağa kriptovalyutalarla yanaşı, virtual valyuta satışı və hərraclarının da reklamına şamil oluancaq.

Sürüşmə ilə bağlı SON DURUM

27 Mart 2018 12:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) aprel ayının əvvəlindən Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində daha dəqiq tədqiqatların aparılması üçün buruq-qazma işlərinə başlayacaq. Bunu  ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Enerji içkilərini içdikdən sonra bədəndə NƏ BAŞ VERİR? - 10 dəqiqə sonra başlanan İNANILMAZ PROSESLƏR

27 Mart 2018 12:03

Son dövrlərin dəbi olan enerji içkilərinə gənclər xüsusilə böyük maraq göstərir. Amma çox az adam onların bədənə hansı təsiri göstərməsi ilə bağlı gerçəkləri bilir. Bəs enerji içkiləri güman edildiyi kimi bədənə enerji verirmi?

Ekspert: “Seçkilərdən sonra onlar "qış yuxusuna" gedəcəklər"

27 Mart 2018 11:58

“Ümumiyyətlə anti-azərbaycan qüvvələr hər zaman ölkədə çox vacib olan ictimai-siyasi proseslərdən öncə süni şəkildə aktivləşdirilir. Seçkilərdən sonra onlara ayrılan maliyyə dayanacaq və beləliklə yenidən onlar "qış yuxusuna" gedəcəklər. Bu birmənalı şəkildə belə olacaq. Çünki onların fəaliyyəti birbaşa maliyyə ilə bağlıdır”. Bunu  internet-media eksperti Səbuhi Abbasov deyib.

Rusiyada dəhşətli yanğında zərərçəkənlərin sayı 67-ə çatdı

27 Mart 2018 11:49

Rusiyanın Kemerovo şəhərində dəhşətli yanğında zərərçəkənlərin sayı 67-ə çatıb. Məlumata görə, onlardan 14 nəfəri, o cümlədən üç azyaşlı xəstəxanaya yerləşdirilib.

2030-cu ildə dünyanın ƏN GÜCLÜ orduları - SİYAHI

27 Mart 2018 11:47

ABŞ, Rusiya, Fransa, Hindistan və Çin 2030-cu ildə dünyanın ən güclü ordularına malik olacaq.  Bu haqda Amerika hərbi eksperti Robert Farli bildirib. Farlinin sözlərinə görə, 12 il sonra Amerika ordusu əvvəlki kimi dünyanın “qızıl standartı” olaraq qalacaq. O qeyd edib ki, Pentaqon “soyuq müharibə”nin sonlarından döyüş əməliyyatlarının əhəmiyyətli təcrübəsini toplayıb, amerikalılar böyük hərbi büdcəyə və dünyanın ən böyük pilotsuz uçuş aparatları parkına malikdir. Hərbi ekspertin sözlərinə görə, pilotsuz uçuş aparatları parkı dəqiq kəşfiyyat məlumatları toplamağa və nöqtəvi zərbələr endirməyə imkan verir.

Azər Həsrət: “Onların məqsədi vətəndaş qarşıdurması yaratmaqdır”

27 Mart 2018 11:45

“Azərbaycana, dövlət başçısına və məmurlara və s. qarşı anti-təbliğat aparanraq xaricdə fəaliyyət göstərən bəzi ünsürlər belə əməlləri ilə insanları özündən çıxarıb sərt hərəkətlərə sövq etmək istəyirlər”. Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

Qatil dayənin məhkəməsi başlanıb

27 Mart 2018 11:42

6 yaşlı Lusiya və 2 yaşlı Leo Krimləri amansızlıqla qətlə yetirmiş dayə Yoselin Orteqanın məhkəmə prosesi başlanıb.

Xalq şairi Nəriman Həsənzadənin yeni kitabı işıq üzü görüb

27 Mart 2018 11:36

“Kitab Klubu” nəşriyyatı tərəfindən “Müasirlərim” seriyasından Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Xalq şairi, Əməkdar incəsənət xadimi, Fərdi Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor, şair-dramaturq Nəriman Həsənzadənin “Dostlar məni gözləyir” adlı yeni kitabı 408 səhifə həcmində 100 tirajla işıq üzü görüb.

Yusif Vəzir Çəmənzəminlinin yeni kitabı işıq üzü görüb

27 Mart 2018 11:35

“Kitab Klubu” nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsindəki ilk səfiri, görkəmli dövlət xadimi, istedadlı yazıçı Yusif Vəzir Çəmənzəminlinin “Cənnətin qəbzi” adlı yeni kitabı 156 səhifə həcmində 100 tirajla işıq üzü görüb. Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı zəngin ədəbi irsindən hekayə, nağıl və publisistik nümunələr daxil edilib.

Əfqanıstanda 2 mindən az İŞİD üzvü qalıb

27 Mart 2018 11:31

Əfqanıstanda İŞİD üzvlərinin sayı 2 mindən azdır. Məlumata görə, bunu Özbəkistanın paytaxtı Daşkənddə Əfqanıstan üzrə “Sülh prosesi, təhlükəsizlik sahəsində əməkdaşlıq və regional qarşılıqlı fəaliyyət” adlı beynəlxalq konfransda iştirak edən Əfqanıstan Prezidenti Əşrəf Qəni deyib.