Rusiyada dəhşətli yanğında zərərçəkənlərin sayı 67-ə çatdı
Rusiyanın Kemerovo şəhərində dəhşətli yanğında zərərçəkənlərin sayı 67-ə çatıb. Məlumata görə, onlardan 14 nəfəri, o cümlədən üç azyaşlı xəstəxanaya yerləşdirilib.
27 Mart 2018 11:49 DünyaRusiyanın Kemerovo şəhərində dəhşətli yanğında zərərçəkənlərin sayı 67-ə çatıb. Məlumata görə, onlardan 14 nəfəri, o cümlədən üç azyaşlı xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, martın 25-də Kemerovoda "Zimnyaya vişnya" ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər həlak olub. Onların arasında çoxlu sayda uşaq var.
Regionda hadisə ilə bağlı martın 29-a kimi matəm elan olunub.
Bu gün hadisə yerinə Rusiya Prezidenti Vladimir Putin də gedib və dəhşətli yanğının fəsadlarının aradan qaldırılması ilə bağlı iclas keçirib. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31