Gündəm
Mərkəz sədri: “Hakimiyyət ehtirası Sərkisyanın yalançı olduğunu sübut etdi”
“Ermənistan prezidenti Serj Sərkisyan “Tert” qəzetinə verdiyi müsahibəsində özünün konstitusiya islahatlarına başlamazdan öncə verdiyi bəyanatları tamamilə yeni məzmunda təqdim etdi”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Evdən 200 min manat pul və külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən Qaradağ rayonu Sahil qəsəbəsində zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq hadisəsinin üstünün açılması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, martın 21-də Qaradağ Rayon Polis İdarəsinə müraciət edən zərərçəkən ona məxsus mənzildən 200 000 manat, 1500 ABŞ dollar və külli miqdarda qızıl-zinət əşyaların naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşları tərəfindən isti izlərlə və peşəkarlıqla həyata keçirilən əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri – Dünyamalı Gülalıyev, əvvəllər məhkum olunmuş Osman Məmmədov və Yadigar Dadaşov saxlanılaraq istintaqa təhvil verilib.
Deputatımız Türkmənistanda parlament seçkisini izləyib
Milli Məclisin deputatı Astan Şahverdiyev Türkmənistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin paytaxtı Aşqabadda səfər edib. MM-dən “Olaylar”a verilən məlumata görə, deputatımız MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək.
7 terrorçu məhv edildi
Bu səhər Ərzincan Tunceli magistral yolunun Pülümür vadisi istiqamətində terrorçularla Tük Silahlı Qüvvələri birlikləri arasında silahlı qarşıdurma baş verib. Baş vermiş silahlı insident nəticəsində 7 terrorçu məhv edilib. Terrorçuların yerini İnsansız Hava Aparatı (İHA) müəyyən edib Jandarma komandanlığına bildirib.
Premyer Liqanın ən sürətli 10 futbolçusu
Avropanın Top 5 liqalarından biri olan İngiltərə Premyer Liqası çempionatın bu sezona görə ən sürətli oyunçularına açıqlayıb.
Azərbaycan gəncləri öz seçimlərini edib
Artıq prezident seçkilərinə az bir müddət qalıb. Təxminən iki həftə sonra ölkənin siyasi həyatında mühüm əhəmiyyət kəsb edən hadisə, prezident seçkiləri keçiriləcək. Ölkədə seçkiöncəsi keçirilən rəy sorğuları, eləcə də aparılan dəyərləndirmələr onu deməyə əsas verir ki, prezidentliyə namizədlər içərisində ən çox dəstək qazanan və etimad göstərilən şəxs hakim Yeni Azərbaycan Partiyasının namizədi, Cənab İlham Əliyevdir. Cəmiyyətin demək olar ki, bütün kateqoriyalarından olan vətəndaşlar birmənalı olaraq Cənab llham Əliyevi dəstəkləyir və 11 aprel tarixində İlham Əliyevə səs verəcəklərini ifadə edirlər. Elə ölkə əhalisinin təxminən 30 faizinə qədərini təşkil edən Azərbaycan gənclərinin də seçimi məhz Cənab İlham Əliyevdir desək yanılmarıq. Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının üzvü, gənc ictimai-siyasi fəal Aygün Osmanova da deyir ki, ölkənin gənclər ordusunun seçimi məhz Cənab İlham Əliyevdir.
Niderlandda azərbaycanlıların soyqırımı ilə bağlı yürüş keçirilib
Niderland Krallığının Rotterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Səssiz yürüş” aksiyası keçirilib. “OLAYLAR” xəbər verir ki, aksiya iştirakçıları təkcə erməni terrorçularına yox, eyni zamanda onlara dəstək verən bəzi Avropa dövlətlərinə də etirazlarını bildiriblər. Onlar həmçinin, Niderland Parlamentinin alt palatasında, qondarma “erməni soyqırımını” qəbul etdikləri sənədə görə öz qəti etirazlarını bildirərək bundan sonra da hər zaman Türkiyənin yanında olacaqlarını bildiriblər.
Brilyant qaşların ölkəyə keçirilməsinin qarşısı alınıb
“İnstagram”da tanış olduğu şəxs telefonunu oğurladı
Sosial şəbəkələrdə tanış olduğu insanları dələduzluq yolu aldadan şəxsin saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbiri həyata keçirilib. “Olaylar” xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinə müraciət edən zərərçəkən Şirvan şəhər sakini Rəsul Mehdiyev “İnstagram” sosial şəbəkəsində onun videolarını paylaşan “Dublaj.Vine.Baku” adlı səhifənin istifadəçisi ilə tanış olduğunu və onunla görüşən zaman mobil telefonun həmin şəxs tərəfindən oğurlandığını bildirib.
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Milli Məclisin martın 30-da keçiriləcək iclasının gündəliyi məlum olub. Məlumata görə, iclasın gündəliyinə 1 məsələ daxil edilib. Bu, “1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı qərar layihəsi”dir.
Rusiyaya qarşı total hücum: Tramp Putinin ümidini qırdı
Türkiyədən sensasiya: S-400 anlaşması ləğv edilə bilər
Türkiyə ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemlərini alacağı halda Rusiya ilə S-400 anlaşması imzalamasına baxmayaraq, məsələyə yenidən baxılacaq. Bu sözləri TBMM Xarici İşlər komitəsinin sədri Volkan Bozqır deyib.
Gülay Zeynallı qəza keçirtdi
Müğənni Gülay Zeynallının başına iş gəlib. Açıqlama verən müğənni qəza keçirtdiyini deyib: “Bu yaxınlarda təzə avtomobil aldım. Sevincimi bölüşmək üçün yaxın dostlarımla yığışıb, gəzməyə getdik. Evə qayıdanda birdən avtomobildən partlayış səsi gəldi. Dəli oldum, elə bildim maşın partladı. Bir də gördüm ki, “partpires” qırıldı, şüşələr üstümə dağıldı. Cana gələn mala gəlsin, şükür ki, xəsarət alan olmadı, təkcə maddi ziyana düşdük. Bədnəzərə, pis nəfsə çox inanıram. Bilirəm ki, gözə gəldim, yeni avtomobilin bir xətası olmalıydı”.







.jpg)






