Deputatımız Türkmənistanda parlament seçkisini izləyib

Milli Məclisin deputatı Astan Şahverdiyev Türkmənistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin paytaxtı Aşqabadda səfər edib. MM-dən “Olaylar”a verilən məlumata görə, deputatımız MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək.

Milli Məclisin deputatı Astan Şahverdiyev Türkmənistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin paytaxtı Aşqabadda səfər edib. MM-dən "Olaylar"a verilən məlumata görə, deputatımız MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək. Müşahidəçilər seçkiqabağı durumu dəyərləndirəcək, məntəqələrdə yaradılmış şəraitlə tanış olacaqlar. Seçki günü demokratiyanın tələblərinə riayət edilməsinə, seçicilərin hüquqlarının təmin olunmasına nəzər yetirəcəklər. Səfər martın 27-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31