Gündəm

Kredit verənlərlə bağlı qanun dəyişdirilir

27 Mart 2018 14:31

Kredit təşkilatları aralarında hüquq münasibətləri yaranmış cari borclanan olan kredit tarixcəsi subyektərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə biləcək. Məlumata görə, bu barədə "Kredit büroları haqqında" qanunun 23-cü maddəsində (keçid müddəaları) qeyd edilib.

DİM sınaq imtahanı ilə bağlı xəbərdarlıq etdi

27 Mart 2018 14:30

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi aprelin 1-də keçiriləcək sınaq imtahanına qeydiyyat başa çatır. Dövlət İmtahan Mərkəzindən “Olaylar”a bildirilib ki, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır. Sınaq imtahanına qeydiyyat 28 mart saat 10:00-dək aparılacaq.Sınaq imtahanının 19 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur.

İrandan avtomobilin təkərində narkotik gətirilməsinin qarşısı alınıb

27 Mart 2018 14:29

İrandan Azərbaycana gizli yollarla narkotik vasitələrin keçirilməsi hallarının qarşısının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Qənirə Paşayeva gənclərə çağırış etdi

27 Mart 2018 14:25

Millət vəkili Q.Paşayeva Astaranın Əzərüd kəndində qəhrəman şəhidimiz Pəncəli Teymurovun anım günündə gənclərə çağrış edib.“Olaylar” xəbər verir ki, Astaranın Əzərüd kəndində Aprel zəfəri qəhrəmanlarından Pəncəli Teymurovun doğum günündə onunla bağlı kənd orta məktəbində təşkil edilmiş anım tədbirində çıxış edən millət vəkili Q.Paşayeva tədbirin hazırlanmasında əməyi keçənlərə təşəkkürünü bildirib və bu cür tədbrlərin vacibliyini xüsusi vurğulayıb: “Pəncəli Teymurov kimi qəhrəmanlarımız həmişə qəlbimizdə yaşayacaq. Xalqımız, vətənpərvər ruhda böyüyən gənc nəsil Pəncəli Teymurovun xidmətlərini heç zaman unutmayacaq”.

İrandan gələn avtomobildən zəhərli oyuncaq çıxdı

27 Mart 2018 14:23

İstanbulun Qazi Osman Paşa rayonunda İstanbul Baş Polis İdarəsi əməkdaşları iki İran ağır yük avtomobilinə (TIR) qarşı əməliyyat keçiriblər. Axtarış zamanı yük maşınlarından minlərlə qaçaq yolla İrandan gətirilən oyuncaq aşkarlayıblar.

İstanbulda Novruz şənlikləri

27 Mart 2018 14:20

İstanbulda Türk Dünyası Mədəniyyət Şəhərciyində Azərbaycanın İstanbul Baş Konsulluğunun, Türkiyə Mədəniyyət Nazirliyinin və İstanbul Böyükşəhər Bələdiyyəsinin yaxın iştirakı ilə Novruz şənlikləri keçirilib. Şənliklərdə minlərlə istanbullu və qardaş türk xalqlarının nümayəndələri iştirak edib, Novruz bayramını böyük sevinclə qeyd ediblər.

XİN: "Azərbaycan Səudiyyə Ərəbistanının şəhərlərinə raket hücumlarını qınayır"

27 Mart 2018 14:11

“Səudiyyə Ərəbistanının şəhərlərinə edilən raket hücumlarını qınayırıq”.   Bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Yəmən ərazisindən Səudiyyə Ərəbistanına raketlərin atılması məsələsinə münasibət bildirərkən deyib.

Respondentlərin 84,1%-i İlham Əliyevə səs verəcək - SORĞU

27 Mart 2018 14:08

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycanda prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə cari ilin fevral-mart aylarında ölkənin 68 rayonunda (Naxçıvan Muxtar Respublikasının ərazisi və işğal olunmuş rayonlar istisna olunmaqla) 1580 respondentin rəy sorğusunu keçirib.

Ruhani Bakı səfərində müzakirə edəcəyi məsələləri açıqladı

27 Mart 2018 14:07

Türkmənistan və Azərbaycana səfərim zamanı ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəm.

Türk Ordusu Tel-Rıfata HÜCUMA KEÇDİ - “Zeytun budağı”nda SON HƏMLƏ

27 Mart 2018 14:02

Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” hərəkatında Afrindən sonrakı hədəf olan Tel-Rıfat mahalının PKK terror təşkilatından təmizlənməsi üçün əməliyyata başlayıb.

Putin geri çəkilmir: Proses necə davam edəcək?

27 Mart 2018 13:59

Rusiya hər zaman öz diplomatlarının deportasiyasına analoji formada cavab verib və bu dəfə də eyni addımı atacaq. Bu sözlər ukraynalı diplomat Boqdar Yaremenkonun “Apostrof” saytında dərc olunan məqaləsində yer alıb.

GMO məhsullarının orqanizmə hansı zərərləri var?

27 Mart 2018 13:57

Son illər müşahidə edilən tendensiyalardan biri də ondan ibarətdir ki, genetik seleksiya nəticəsində yeni heyvan cinsləri və bitki sortları yaradılır, həmçinin mövcud orqanizmlərin kənd təsərrüfatı baxımından vacib əlamətlərinin inkişaf etdirilməsi həyata keçirilir. Yer üzərində ilk insanların yarandığı dövrlərdən etibarən genetik seleksiya və ya süni seçmə aparılmağa başlanılıb. Belə ki, insanlar yabanı bitkiləri becərməklə və vəhşi heyvanları əhliləşdirməklə kortəbii şəkildə olsa da, seleksiya ilə məşğul olurdular. Sonradan insanlar məqsədyönlü şəkildə seleksiya apararaq faydalı canlıların lazımi xüsusiyyətlərini inkişaf etdirdilər.

7 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

27 Mart 2018 13:53

Polis əməkdaşları 7 kiloqrama yaxın müxtəlif növ narkotik vasitəni dövriyyədən çıxarıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Məmməd Cəfərovdan 6,75 qram marixuana aşkar edilib.