Kredit verənlərlə bağlı qanun dəyişdirilir
Kredit təşkilatları aralarında hüquq münasibətləri yaranmış cari borclanan olan kredit tarixcəsi subyektərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə biləcək. Məlumata görə, bu barədə "Kredit büroları haqqında" qanunun 23-cü maddəsində (keçid müddəaları) qeyd edilib.
27 Mart 2018 14:31 SosialKredit təşkilatları aralarında hüquq münasibətləri yaranmış cari borclanan olan kredit tarixcəsi subyektərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə biləcək. Məlumata görə, bu barədə "Kredit büroları haqqında" qanunun 23-cü maddəsində (keçid müddəaları) qeyd edilib. Qanun layihəsinin 23.1-ci maddəsinə edilən dəyişikliyə görə, kredit təşkilatları aralarında hüquq münasibətləri 2018-ci il aprelin 1-dək yaranmış cari borclanan olan kredit tarixcəsi subyektərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə bilərlər. Mərkəzləşdirilmiş kredit reysterindən məlumatın verilməsi qaydasına da dəyişiklik edilir. Belə ki, "Kredit büroları haqqında" qanunun 23.3-cü maddəsinə yeni 23.3.1-23.3.2-ci bəndləri əlavə edilir. Yeni dəyişikliyə görə, Mərkəzləşdirilmiş kredit reysterindən məlumatın verilməsi aşağıdakı qaydada dayandırılır: 23.3.1. Məlumat istifadəçilərinə - 2018-ci il aprelin 1-dən; 23.3.2. Kredit bürolarına - bu Qanunun 23.1-ci maddəsində göstərilmiş müddət bitdiyi gündən ( müvafiq icra hakimiyyəti orqanının qərarı ilə kredit bürolarına məlumatın verilməsi bərpa edilir və yenidən dayandırılır). Qanun layihəsinə dəyişiklik Milli Məclisin aprelin 3-də keçiriləcək iclasında müzakirə ediləcək.