Türk Ordusu Tel-Rıfata HÜCUMA KEÇDİ - “Zeytun budağı”nda SON HƏMLƏ
Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” hərəkatında Afrindən sonrakı hədəf olan Tel-Rıfat mahalının PKK terror təşkilatından təmizlənməsi üçün əməliyyata başlayıb.
27 Mart 2018 14:02 DünyaTürkiyə Silahlı Qüvvələri "Zeytun budağı" hərəkatında Afrindən sonrakı hədəf olan Tel-Rıfat mahalının PKK terror təşkilatından təmizlənməsi üçün əməliyyata başlayıb. Yerli mənbələr Türkiyə xüsusi təyinatlıları və Azad Suriya Ordusunun (ASO) bu gün hərəkətə keçdiyini bildiriblər. Xəbərə görə, yanvarın 20-də başlayan "Zeytun budağı" hərəkatı Tel-Rıfatın alınması ilə tamamlanacaq. "İhlas" agentliyi isə ASO-ya bağlı 10 min döyüşçünün əməliyyata qatılacağını yazıb.
Qeyd edək ki, Tel-Rifat 50 min əhalisi olan və Afrin şəhərindən 25 kilometr cənubi-şərqdə yerləşən şəhərdir. YPG/PKK buranı 2 il əvvəl Suriyanın hökumət güclərinin dəstəyi ilə almışdılar.
Türkiyə KİV-inin daha əvvəl yazdığına görə, Münbiç və Tel-Rıfatın ələ keçirilməsindən sonra Hələbə qədər 30 kilometr genişliyində təhlükəsiz bölgə qurulacaq. Publika.az "Haber7" saytına istinadən xəbər verir.