Qənirə Paşayeva gənclərə çağırış etdi

Millət vəkili Q.Paşayeva Astaranın Əzərüd kəndində qəhrəman şəhidimiz Pəncəli Teymurovun anım günündə gənclərə çağrış edib.“Olaylar” xəbər verir ki, Astaranın Əzərüd kəndində Aprel zəfəri qəhrəmanlarından Pəncəli Teymurovun doğum günündə onunla bağlı kənd orta məktəbində təşkil edilmiş anım tədbirində çıxış edən millət vəkili Q.Paşayeva tədbirin hazırlanmasında əməyi keçənlərə təşəkkürünü bildirib və bu cür tədbrlərin vacibliyini xüsusi vurğulayıb: “Pəncəli Teymurov kimi qəhrəmanlarımız həmişə qəlbimizdə yaşayacaq. Xalqımız, vətənpərvər ruhda böyüyən gənc nəsil Pəncəli Teymurovun xidmətlərini heç zaman unutmayacaq”.

Millət vəkili Q.Paşayeva Astaranın Əzərüd kəndində qəhrəman şəhidimiz Pəncəli Teymurovun anım günündə gənclərə çağrış edib."Olaylar" xəbər verir ki, Astaranın Əzərüd kəndində Aprel zəfəri qəhrəmanlarından Pəncəli Teymurovun doğum günündə onunla bağlı kənd orta məktəbində təşkil edilmiş anım tədbirində çıxış edən millət vəkili Q.Paşayeva tədbirin hazırlanmasında əməyi keçənlərə təşəkkürünü bildirib və bu cür tədbrlərin vacibliyini xüsusi vurğulayıb: "Pəncəli Teymurov kimi qəhrəmanlarımız həmişə qəlbimizdə yaşayacaq. Xalqımız, vətənpərvər ruhda böyüyən gənc nəsil Pəncəli Teymurovun xidmətlərini heç zaman unutmayacaq". Q. Paşayeva vurğulayıb ki, Pəncəli Teymurovun ömür yolu bugünkü gənclərə əsl örnəkdir. Nə qədər ki, Azərbaycan xalqı var, belə oğulların əziz xatirəsi heç vaxt unudulmayacaqdır. Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün özünü vətən üçün fəda edən Pəncəli Teymurov kimi qəhrəmanların həyat yolundan gənclərimiz örnək almalıdır. Şəhidimizlə bərabər onun ailəsi qarşısında da baş əyirk deyən millət vəkili Q.Paşayeva dövlətimiz və xalqımız hər zaman yanınızdadır deyib. Millət vəkili Q.Paşayeva bilirib ki Azərbaycan xalqı inanır ki, Ali Baş Komandanmızın rəhbərliyi altında, Pəncəli Teymurov kimi qəhrəmanlarımızın sayəsində bütün xalqımız birlik içində işğaılçı Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edəcəyik və üçrəngli bayrağımız həmin torpaqlarımızda da dalğalanacaq". Millət vəkili Q. Paşayeva bütün azərbaycanlıları Ali Baş Komandanımızın ətrafında daha da sıx birləşməyə çağırıb. Millət vəkili Rəşad Mahmudov da geniş çıxış edərək qəhrəman şəhidimizin ömür yolunun gənclərə örnək olmasına xüsusi toxunub və gənclərimizi dövlətimizin və millətimizin daha da inkişafı üçün yaxşı oxumağa və vətənpərvər olmağa çağırıb: "Hər bir insana şəhidlik zirvəsinə ucalmaq nəsib olmur. Pəncəli Teymurov aprel döyüşlərində canından keçərək, Vətən yolunda şəhid oldu. O, adını tarixə qızıl hərflərlə yazdı. Torpaqlarımız uğrunda canından keçən şəhidlərimizlə fəxr edirik. Pəncəli qardaşımızı tərbiyə edən valideynlərinin qarşısında baş əyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31