İrandan gələn avtomobildən zəhərli oyuncaq çıxdı
İstanbulun Qazi Osman Paşa rayonunda İstanbul Baş Polis İdarəsi əməkdaşları iki İran ağır yük avtomobilinə (TIR) qarşı əməliyyat keçiriblər. Axtarış zamanı yük maşınlarından minlərlə qaçaq yolla İrandan gətirilən oyuncaq aşkarlayıblar.
27 Mart 2018 14:23 Dünyaİstanbulun Qazi Osman Paşa rayonunda İstanbul Baş Polis İdarəsi əməkdaşları iki İran ağır yük avtomobilinə (TIR) qarşı əməliyyat keçiriblər. Axtarış zamanı yük maşınlarından minlərlə qaçaq yolla İrandan gətirilən oyuncaq aşkarlayıblar. İ.D, A.A, B.E şüphəli
qismində həbs edilib. Dəyəri 2.5 milyon türk lirəsi olan oyuncaqların Çindən İran üzərindən qaçaq yolla Türkiyəyə gətirildiyi və oyuncaqların tərkibində güclü
zəhərli maddə olan fitalat və azot tərkibli zəhərli boyaların, ağır metalların olduğu müəyyən edilib. Olayla əlaqədar cinayət işinin açıldığı bildirilir.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.