Azər Həsrət: “Onların məqsədi vətəndaş qarşıdurması yaratmaqdır”

“Azərbaycana, dövlət başçısına və məmurlara və s. qarşı anti-təbliğat aparanraq xaricdə fəaliyyət göstərən bəzi ünsürlər belə əməlləri ilə insanları özündən çıxarıb sərt hərəkətlərə sövq etmək istəyirlər”. Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

"Azərbaycana, dövlət başçısına və məmurlara və s. qarşı anti-təbliğat aparanraq xaricdə fəaliyyət göstərən bəzi ünsürlər belə əməlləri ilə insanları özündən çıxarıb sərt hərəkətlərə sövq etmək istəyirlər". Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

"Xarici müşahidəçilərin seçkilərə marağı prosesin şəffaflığı ilə əlaqədardır"

Onun sözlərinə görə, əsas hədəfləri ölkədə psixoz durum yaradaraq gərginliyi artırmaq, vətəndaş qarşıdurmasına sürükləməkdir: "Onlar düşmən mərkəzlərə satılmış, Azərbaycanın əleyhinə ermənilərlə birlikdə çalışan insanlardır. Başa düşürlər ki, ölkə rəhbərini təhqir etmələri insanların qəzəbinə səbəb olacaq. Bu isə ona gətirib çıxara bilər ki, kimlərsə qəzəbini boğa bilməyib onlara sərt reaksiya verər. Yəni belə bir mühit bunlar üçün gərəklidir ki, ölkədəki sabitliyi pozub qardaş qanı axıtsınlar". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31