"Xarici müşahidəçilərin seçkilərə marağı prosesin şəffaflığı ilə əlaqədardır"
Seçki hər bir ölkənin tarixində əhəmiyyətli hadisədir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu tarixi hadisəyə dəfələrlə şahidlik edib. Bu fikirləri açıqlamasında Almaniyada fəaliyyət göstərən Dünya Azərbaycanlıları Assambleyasının (DAA) prezidenti Rəşad Quliyev bildirib.
27 Mart 2018 11:16 SiyasətSeçki hər bir ölkənin tarixində əhəmiyyətli hadisədir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu tarixi hadisəyə dəfələrlə şahidlik edib. Bu fikirləri açıqlamasında Almaniyada fəaliyyət göstərən Dünya Azərbaycanlıları Assambleyasının (DAA) prezidenti Rəşad Quliyev bildirib.
O qeyd edib ki, Azərbaycan bu sahədə kifayət qədər təcrübə əldə edib, seçki qanunvericiliyimiz beynəlxalq standartlara uyğunlaşdırılıb:
"Seçkinin təşkili və keçirilməsi prosesi, barmaqların boyanması, seçki məntəqələrində veb- kameraların quraşdırılması və digər məsələlər MSK rəhbərliyinin bu prosesi ədalətli və şəffaf təmin etməsinin bariz göstəricisidir".
Qurum rəhbəri xarici müşahidəçilərin seçkiyə marağını bu prosesin şəffaf və demokratik keçirilməsi ilə əlaqələndirir.
"Azərbaycan beynəlxalq təşkilatların fəal üzvüdür. Artıq MDB müşahidə missiyası, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurası seçki müşahidə missiyası, müxtəlif beynəlxalq QHT-lər ölkəmizdə keçirilən seçki prosesini müşahidə edirlər. Bu əməkdaşlıqlar ümumi prosesə müsbət təsir edir, həm də digər tərəfdən, qarşılıqlı təcrübənin artmasına öz müsbət təsirini göstərir", - deyə R.Quliyev qeyd edib.
Qurum rəhbəri əlavə edib ki, Dünya Azərbaycanlıları Assambleyası olaraq nəinki Almaniyada, eləcə də, dünyanın müxtəlif ölkələrinə səpələnmış həmyerlilərimizi seçki prosesində fəal iştiraka səsləyirik. Sechki-2018.az