Şəhriyar Məmmədyarovun şansı nə qədərdir?
Almaniyanın paytaxtı Berlində keçirilən şahmat üzrə İddiaçılar Turniri üçün əmsallar açıqlanıb. Bukmeker kontorları şahmat tacı uğrunda norveçli Maqnus Karlsenə 4 rəqib görürlər.
27 Mart 2018 11:29 İdmanAlmaniyanın paytaxtı Berlində keçirilən şahmat üzrə İddiaçılar Turniri üçün əmsallar açıqlanıb. Bukmeker kontorları şahmat tacı uğrunda norveçli Maqnus Karlsenə 4 rəqib görürlər.
Belə ki, Fabiano Karuananın İddiaçılar Turnirinin qalibi olacağı proqnozlaşdırılır. Bunun üçün onun əmsalı digərlərindən aşağıdır. Amerikalı qrossmeysterin çempion adına yiyələnməsinə 1,76 əmsal verilib. Sergey Karyakinin (Rusiya) yarışı birinci pillədə başa vurması 3,50 əmsalla qiymətləndirildiyi halda, həmyerlimiz Şəhriyar Məmmədyarovun Karlsenə rəqib olması 3,60 əmsaldır.
4-cü şahmatçı kimi isə Dinq Liren göstərilib. Çinli zəka sahibinin qalib gəlməsinə 40 əmsal verilib.
Qeyd edək ki, İddiaçılar Turnirində bu gün son tur keçiriləcək. XIII turdan sonra Karuana 8, Karyakinlə Məmədyarov 7,5 və Liren 7 xala malikdir. Apasport.az