Gündəm
Putin 64 nəfərin ölümünün səbəbini açıqladı
Rusiya prezidenti Vladimir Putin Kemerovda “Qış albalısı” ticarət mərkəzində yanğının səbəblərindən danışıb. Putin səhlənkarlığı və səliqəsizliyi faciənin səbəbi adlandırıb.
Rəsmi Bakı Ermənistan XİN-ə CAVAB VERDİ
Bu ölkə Dünya Çempionatını boykot edəcək
Avstraliya 2018 Dünya Çempionatını boykot etməyə hazırlaşır. Bu barədə ölkənin xarici işlər naziri Culi Bişop məlumat yayıb. Xəbərə görə, Avstraliya bu il Rusiyada keçiriləcək futbol üzrə dünya çemponatında iştirakdan imtina etmək niyyətindədir. Nazir bildirib ki, Avstraliya Böyük Britaniya hökumətinin Rusiya ilə bağlı mövqeyini dəstəkləyir.
“Risalə” elmi araşdırmalar toplusunun yeni nömrələri təqdim olundu
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Risalə” elmi araşdırmalar toplusunun doktorant və dissertantlarının əsərlərindən ibarət nəşrinin növbəti on ikinci və on üçüncü nömrələrinin təqdimatı olub. Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov humanitar elmlərin tədqiqi üzrə dəyərli mənbələrdən hesab olunan “Risalə” toplusunun beynəlxalq standart seriya nömrəsi ilə çap olunması və Amerikanın “EBSCO” beynəlxalq elektron məlumat bazasına daxil edilməsi haqqında məlumat verib. “Risalə” elmi məqalələr toplusunun beynəlxalq statusunun artığını söyləyib.
Kataloniya liderinin həbs müddəti uzadıldı
Almaniya məhkəməsi sabiq Kataloniya hökumətinin başçısı Karles Puçdemonun həbs müddətini uzadıb. Bu barədə Almaniyanın Noymünster şəhər məhkəməsi qərar çıxarıb.
28 nəfər girovluqdan azad edildi
Şərqi Qutada 28 nəfər Suriya hərbçiləri tərəfindən girovluqdan azad olunub. Dinc sakinlər hərbçilərin Ərbin şəhərini silahlılardan təmizlədikdən sonra azad ediliblər. Agentlik bildirib ki, onlar silahlılar tərəfindən oğurlanıb. Bu, Suriya hərbçilərinin azad etdikləri ilk girovlar deyil. Daha əvvəl də Şərqi Qutada bir neçə insan qrupu terrorçuların həbsxanasından azad edilib.
Nə bədxərclik, nə xəyanət - Boşanma səbəbi ayrıdır
Müğənni Mustafa Sandalla serbiyalı həyat yoldaşı, model Emina Sandalın boşanması ilə bağlı yeni iddia ortaya çıxıb. 9 illik evliliyin əvvəlcə Eminanın bədxərc olması, daha sonra ərinə keçmiş sevgilisi ilə xəyanət etməsi səbəbindən bitdiyi bildirilirdi.
Akademik Milli Dram Teatrında premyera
Martın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşasının premyerası olacaq. Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimovadır.
Dəməşq atəşə tutuldu - Ölənlər və yaralananlar var
İslandiya Rusiya ilə əlaqələri dayandırdı
İslandiya hökuməti Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın və qızının Britaniyada, Solsberidə zəhərlənməsi ilə əlaqədar Rusiya ilə bütün əlaqələri müvəqqəti dayandırmağı qərara alıb. Bu barədə həmin ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Feyk xəbərlər yayan KİV-lər cəzalandırılacaq
Malayziya hökuməti feyk xəbərlər yayan kütləvi informasiya vasitələrinin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini parlamentin müzakirəsinə təqdim edib.
Rusiyada vətəndaşlıq almaq asanlaşa bilər
Rusiya Daxili İşlər Nazirliyi ölkə vətəndaşlığını əldə etmək üçün tələb olunan proseduru asanlaşdırmağı planlaşdırır. Məlumata görə, bu barədə daxili işlər nazirinin müavini Aleksandr Qorovoy deyib.
Yer kürəsi nəhəng asteroid təhlükəsi ilə üzləşib
Ayaqqabı sexindən oğurluq edənlər saxlanılıb
Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə Mingəçevir şəhərindəki ayaqqabı sexlərinin birindən oğurluq edilməsi barədə məlumat daxil olub.
XİN rəsmisi: "Bu kimi tərbiyəsiz fəaliyyət onların əsl xislətini göstərir"
“Əslində bunlar bədxah, bir neçə qruplaşmadan ibarət olmaqla öz fəaliyyətləri ilə özlərinin savadsızlıqlarını və tərbiyəsizliklərini bir daha nümayiş etdirirlər. Elə onların sosial şəbəkələrdə yazdıqları yazılara nəzər salanda bu şəxslərin nə dərəcədə savadsız insanlar olduqlarının bir daha şahidi oluruq. Guya onlar xarici dillərdə plakatlar yayırlar. Hətta onlar xarici dillərdə plakatlar yaymağa cəhd göstərəndə belə yol verdikləri səhvləri görəndə özlərinin nə dərəcədə savadsız olması açıq-aydın görünür”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.














