Kataloniya liderinin həbs müddəti uzadıldı
Almaniya məhkəməsi sabiq Kataloniya hökumətinin başçısı Karles Puçdemonun həbs müddətini uzadıb. Bu barədə Almaniyanın Noymünster şəhər məhkəməsi qərar çıxarıb.
27 Mart 2018 09:34 DünyaAlmaniya məhkəməsi sabiq Kataloniya hökumətinin başçısı Karles Puçdemonun həbs müddətini uzadıb.
Bu barədə Almaniyanın Noymünster şəhər məhkəməsi qərar çıxarıb.
Bundan sonra məhkəmə sabiq Kataloniya rəhbərinin İspaniyaya ekstradisiya olunması məsələsinə baxacaq.
Qeyd edək ki, Finlandiyadan Belçikaya gələn K. Puçdemon ötən gün Almaniyanın Danimarka ilə sərhədində Almaniya polisi tərəfindən saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31