Rusiyada vətəndaşlıq almaq asanlaşa bilər
Rusiya Daxili İşlər Nazirliyi ölkə vətəndaşlığını əldə etmək üçün tələb olunan proseduru asanlaşdırmağı planlaşdırır. Məlumata görə, bu barədə daxili işlər nazirinin müavini Aleksandr Qorovoy deyib.
26 Mart 2018 20:33 DünyaRusiya Daxili İşlər Nazirliyi ölkə vətəndaşlığını əldə etmək üçün tələb olunan proseduru asanlaşdırmağı planlaşdırır. Məlumata görə, bu barədə daxili işlər nazirinin müavini Aleksandr Qorovoy deyib.
Nazir müavini bildirib: "Biz prosesi optimallaşdırmaq üçün lazım olan hər şeyi edəcəyik". A.Qorovoy qeyd edib ki, nazirlik ölkəyə uzun müddətli və ya daimi yaşamağa gələn əcnəbilər üçün ən rahat şərait yaratmaq məqsədi daşıyır: "Biz ölkəmizə gələn yüksəkixtisaslı mütəxəssislərin və ali məktəblərimizdə təhsil alan xarici tələbələrin Rusiya vətəndaşı olmaq istəməsinə ikiəlli razıyıq". Trend.az