"Vətəndaşların demokratik şəkildə səsverməsi üçün lazımi şərait yaradılıb"
27 Mart 2018 10:57 SiyasətAzərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində vətəndaşların demokratik şəkildə səsvermə hüququndan istifadə etməsi üçün lazımi şərait yaradılıb. Bu fikri açıqlamasında Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy söyləyib. M.Kuryaçiy bildirib ki, Ukrayna strateji müttəfiqi olan Azərbaycanda sabit ictimai-siyasi mühitin hökm sürməsində, bu ölkənin iqtisadi cəhətdən güclənməsində maraqlıdır.
"Azərbaycanda mövcud olan seçki qanunvericiliyinə uyğun olaraq ölkədə seçkilərin demokratik mühitdə keçirilməsi üçün hər cür şərait yaradılıb. Düşünürəm ki, Azərbaycan vətəndaşları düzgün seçim edəcəklər", - deyə ukraynalı deputat əlavə edib. Sechki-2018.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31