Gündəm
Milli Dram Teatrının aprel repertuarı zəngindir
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aprel ayına olan repertuarı açıqlanıb. Nəzərdə tutulan repertuarda klassik və çağdaş əsərlər əsasında hazırlanan tamaşalar yer alıb. Olaylar.az repertuarı təqdim edir:
"İtaliya millisinin baş məşqçisi olmayacam"
İtaliya millisinin yeni baş məşqçisi dünya çempionatına qədər müəyyənləşə bilər. Bu posta namizədlər arasında Antonio Konte, Karlo Ançelotti, Vinçenzo Montella kimi adlar var. Sonuncu "mavi eskadra"nın sükanı arxasına keçəcəyini istisna edib.
Rusiyada daha bir ticarət mərkəzi boşaldıldı - Yenə yanğın
Rusiyada daha bir ticarət mərkəzində təxliyə aparılıb. Nijni Novqorod şəhərində "Sedmoye nebo" ticarət mərkəzində yanğın başlaması səbəbilə 750 nəfər təxliyə olunub.
Güclü külək dayanacağı aşırdı
Bakıda və Abşeron yarımadasında səhər saatlarından etibarən güclənən külək bir sıra fəsadlar yaradıb. Xırdalan şəhərində "köhnə bazar" adlanan ərazidə güclü külək dayanacağı aşırıb. Sosial şəbəkələrdə hadisə yerindən foto paylaşılıb.
Aprelin havası necə olacaq?
Aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.
Qarabağda partlayış: ölənlərin sayı artdı
Ermənistan mina partlaması nəticəsində ölən xarici ölkə vətəndaşlarını gizlətməyə çalışır. Dağlıq Qarabağ ərazisində qeyri-qanuni fəaliyyət göstərən “Halo trast” təşkilatının əməkdaşlarının ölümü və yaralanması ilə nəticələnmiş hadisənin yeni təfərrüatları məlum olub. Belə ki, sosial şəbəkələrdə yayımlanmış məlumatlara əsasən, təşkilata məxsus avtomobildə ekipaj sayına uyğun olaraq 7 nəfərin olduğu üzə çıxıb.
“Lotu Quli”ni təhqir edən “Rahim Şəkinski” və həyat yoldaşı Fransada güllələndi - FOTO, VİDEO
Fransada yaşayan iki azərbaycanlı güllələnib. Hadisə Tuluza şəhərinin yaxınlığındakı Colomie şəhərində qeydə alınıb.
İranda küləyin FƏSADLARI daha ağır oldu - 4 ölü
İranda güclü külək fəsadlar törədib. Məlumata görə, hadisə İranın Urmiya və Bukan ərazilərində olub. Güclü küləyin sürəti saatda 70 kilometrə çatıb. Hadisə nəticəsində Urmiyada, Urmiya - Səlmas avtomobil yolu və Bukan şəhəri ərazisində 4 nəfər xəsarət alıb.
Ərdoğan: "Türkiyə Suriyanın digər rayonlarında da hərbi əməliyyatlar keçirməyə hazırdır"
Türkiyə terror təşkilatları ilə mübarizə çərçivəsində Suriyanın digər rayonlarında da hərbi əməliyyatlar keçirməyə hazırdır. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, Türkiyə qoşunları “Zeytun budağı” əməliyyatı çərçivəsində Mənbic rayonunda əməliyyatlar keçirir: “ABŞ Türkiyəyə YPG və PYD terrorçularının Mənbici tərk edəcəyini söz vermişdi, amma bu vədini tutmadı”.
Fahişələr küçəsi, çiy köftəcidə kuryer, inşaatlarda fəhlə, küçələrdə siqaret satıcısı… – İndi isə milyonlar sahibi və sevimlisi
“Möcüzə”, “Günəşi gördüm”, “Nyu-Yorkda 5 minarə” kimi filmlərlə rejissor olaraq özünü doğruldan Mahsun Kırmızıgül etnik kimliyinə, sözlərinə, düşüncələrinə görə Türkiyənin ən çox müzakirə edilən məşhurlarından biridir.
Yayıma qoşulan tamaşaçının etirafı ŞOKA SALDI: Ərim mənimlə yox, qardaşı arvadı ilə... - VİDEO
Beyaz TV-də "Hayatta Her Şey Var" proqramına zəng edən qadının əri və qaynının həyat yoldaşı ilə bağlı etirafları həm studiayadakıları, həm də televiziya qarşısındakı tamaşaçıları təəccübləndirib.
Deputatdan təklif: “ Bakıda soyqırım memorial kompleksi yaradılmalıdır”
"İki yüz ilə yaxın müddətdə soyqırıma məruz qalan xalqın mükəmməl soyqırım memorial kompleksi olmalıdır”. “Olaylar”ın xəbərinə görə, bunu Milli Məclisdə keçirilən ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasda deputat Rafael Cəbrayılov deyib.
Ermənilərin vəhşi əməlləri nəticəsində 2 milyon insan öldürülüb
“Erməni işğalçılarını dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi vardır”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasda parlamentin sədri Oqtay Əsədov deyib. O, xatırladıb ki, 20-ci əsrin əvvəllərində Azərbaycana 1 milyondan çox erməni köçürülüb: “Tarixin müəyyən dövrlərində böyük dövlətlər geosiyasi planlarını həyata keçirmək üçün erməni faktorundan məharətlə istifadə ediblər.
Fəzail Ağamalı Elmar Məmmədyarovu istefaya çağırıb
Azərbaycan Milli Məclisinin iclasında xarici işlər naziri Elmar Məmmədyarov istefaya çağırılıb. “Olaylar” xəbər verir ki, 31 mart soyqırımına həsr olunmuş xüsusi iclasda çıxış edən deputat Fəzail Ağamalı bildirib ki, Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin yürütdüyü hücum diplomatiyasına adekvat işləmir.














