Fəzail Ağamalı Elmar Məmmədyarovu istefaya çağırıb

Azərbaycan Milli Məclisinin iclasında xarici işlər naziri Elmar Məmmədyarov istefaya çağırılıb. “Olaylar” xəbər verir ki, 31 mart soyqırımına həsr olunmuş xüsusi iclasda çıxış edən deputat Fəzail Ağamalı bildirib ki, Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin yürütdüyü hücum diplomatiyasına adekvat işləmir.

Azərbaycan Milli Məclisinin iclasında xarici işlər naziri Elmar Məmmədyarov istefaya çağırılıb. "Olaylar" xəbər verir ki, 31 mart soyqırımına həsr olunmuş xüsusi iclasda çıxış edən deputat Fəzail Ağamalı bildirib ki, Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin yürütdüyü hücum diplomatiyasına adekvat işləmir. O, qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyada təbliği və haqqının tanınması üçün Azərbaycan prezidentinin müəyyən etdiyi prioritetlə nazir Elmar Məmmədyarovun fəaliyyəti uyğun deyil: "Bu olduqca ağır mənzərədir. Çox yaxşı olardı ki, Elmar Məmmədyarov heç olmasa öz təşəbbüsü ilə istefaya getsin". Spiker Oqtay Əsədov isə qeyd edib ki, nədən Ana Vətən Partiyası yapışanda elə xarixi işlər nazirindın yapışır: "Namizəd də, sən də". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31