Keçmiş hərbçini saxladığı heyvanlar parçalayıb? - Polis evə daxil olanda DƏHŞƏTƏ GƏLDİ
30 Mart 2018 14:16 Dünya"Animal Planet" (Heyvanlar Planeti) kanalında yayımlanan bir proqram Ronald Huff adlı şəxsin 2002-ci ildəki ölümü haqqında qorxunc gerçəyi ortaya çıxarıb. Sözügedən telekanalda yayımlanan proqram, ABŞ-lı Ronald Huff-ın ölümünü yenidən gündəmə gətirib.
Ronald Huff, yalnız yaşadığı evində böyük kərtənkələlər saxlayırdı. 42 yaşlı Huff iri sürünənlər üçün ən münasib şərait yaratmışdı. Evdə rahat gəzməkləri üçün temperaturu 25 dərəcədə saxlayırdı. Kərtənkələləri kiçik heyvanlarla bəsləyirdi.
Bir gün Ronald Huff işə getmir, dostları da onunla əlaqə yarada bilməyincə polisə xəbər verirlər. Evinə gələn polislər, qapının zəngin vursalar da, açan olmayıb. Ancaq evdən xırıltı səsi eşidiblər. Qapını qıraraq içəri girən səlahiyyətlilər, həyatlarının şokunu yaşayıblar. Ronald Huff qan içində yerdə, üzləri qana bulanmış kərtənkələlər isə ətrafında gəzişirdi.
Polislər kərtənkələrəri çətinliklə də olsa tutmağı bacarıblar. Ronald Huffın cəsədi yarıldıqdan sonra da onu heyvanların öldürdüyü, yoxsa öldükdən sonra heyvanlara azuqə olduğu müəyyənləşməyib. Huff-ın tükürpədən ölümü hələ də sirr olaraq qalır. Milli.az CNN-ə istinadən xəbər verir.