Rusiyada daha bir ticarət mərkəzi boşaldıldı - Yenə yanğın
Rusiyada daha bir ticarət mərkəzində təxliyə aparılıb. Nijni Novqorod şəhərində "Sedmoye nebo" ticarət mərkəzində yanğın başlaması səbəbilə 750 nəfər təxliyə olunub.
30 Mart 2018 14:31 DünyaRusiyada daha bir ticarət mərkəzində təxliyə aparılıb. Nijni Novqorod şəhərində "Sedmoye nebo" ticarət mərkəzində yanğın başlaması səbəbilə 750 nəfər təxliyə olunub. Məlumata görə, təhlükəsizlik siqnallarının işə düşməsindən sonra hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Məlum olub ki, yanğın ticarət mərkəzində yerləşən kafelərdən birində baş verib.
Yanğın dərhal söndürülüb. Xəsarət alan olmayıb. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31