Gündəm

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlar

30 Mart 2018 13:52

Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqı ermənilərin deportasiya və soyqırımlarına məruz qalıblar. Bu soyqırımların ən dəhşətlisi isə 1918-ci ildə yaşanıb. Mart ayının 30-dan aprelin 2-dək davam edən bu soyqırımlar nəticəsində Bakı və onun ətraf kəndlərində müsəlman əhali məqsədli şəkildə  soyqırıma və talanlara məruz qalıb. Qısa müddət ərzində ermənilər Bakıda və ətraf ərazilərdə11 mindən çox günahsız insan məhz müsəlman olduğuna görə vəhşicəsinə qətlə yetirib. Ermənilərin azərbaycanlılara qarşı soyqırımları təkcə Bakı və ətraf ərazilərlə kifayətlənməyib. Eyni zamanda Lənkəran, Göyçay, Şamaxı, Quba və Qarabağ zonasında da ermənilər müsəlman əhaliyə qarşı amansız soyqırım həyata keçiriblər.

Bakıda gənclərin ölüm mənbəyi olan “PlayStation” klublar…

30 Mart 2018 13:49

Ötən ilin sonunda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə minib. Hansı məkanlarda siqarət çəkməyin qadağan olunduğu müəyyən edilib. Bir çox obyektlərdə sözügedən qanuna riayət olunmağa başlanıb. Lakin çox keçmədi ki, bəzi məkanlar üçün siqaret qadağası “qüvvədən düşdü”.

Azərbaycan xalqı yenidən İlham Əliyevə etimad göstərəcək

30 Mart 2018 13:40

Bütün cəhdlərə, Azərbaycana qarşı həyata keçirilən növbəti şər-böhtan kampaniyasına baxmayaraq ölkədə prezident seçkilərinə hazırlıq prosesi yüksək səviyyədə gedir. Daha doğrusu 10 gündən sonra Azərbaycan vətəndaşları növbəti dəfə səsvermə məntəqələrinə gedərək gələcək illər üçün layiq bildikləri, etibar etdikləri namizədə səs verəcəklər. Seçkiqabağı mühiti və vətəndaşların ictimai-siyasi fəallığını nəzər alsaq deyə bilərik ki, aprelin 11-də yüksək seçici fəallığı müşahidə ediləcək.

Şimal-qərb küləyi daha da güclənəcək - FAKTİKİ HAVA

30 Mart 2018 13:37

Martın 30-da saat 09:00-13:00 radələrində müşahidə olunmuş faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 30-da hava şəraiti qeyri-sabit olub, güclü şimal-qərb küləyi əsib.

"Onların göstərdiyi futbolu vaxtilə mən "Mançester Yunayted"ə aşılamaq istəyirdim"

30 Mart 2018 13:30

Lui van Qaal növbəti dəfə sabiq komandası "Mançester Yunayed" və İngiltərə Premyer Liqası barədə fikirlərini bölüşüb.

Yarıçılpaq Beyons əri ilə erotik rəqs etdi - VİDEO

30 Mart 2018 13:27

Müğənni Beyonsun bir gündə sürpriz şəkildə 14 mahnı və 17 video təqdim etdiyi artıq hər kəsə məlumdur. Müğənni Beyonsun bir gündə sürpriz şəkildə 14 mahnı və 17 video təqdim etdiyi artıq hər kəsə məlumdur. 

Şaumyanın Kərkükdə olan evini tapdıq və... -Akademik ŞOK FAKTI AÇDI

30 Mart 2018 13:26

“Çox təəssüf ki, “26-lar” adlanan abidənin qazıntısı zamanı Azərbaycanın daxilində dövlətimizə və iqtidara qarşı olan qüvvələrin bəziləri Stepan Şaumyanın tərəfinə keçərək, onu müdafiə edirdi”.

Maşa rolunu oynayanlar

30 Mart 2018 13:20

Mətbuat Şurasının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən  "İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi" mövzusunda tədbirdə “Olaylar” İnformasiya Agentliyi və “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuzun çıxışı:

Tarixin ən dəhşətli soyqırım faktı

30 Mart 2018 13:11

Azərbaycanlıların erməni millətçiləri tərəfindən kütləvi qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması ötən əsrin ən dəhşətli səhifələrindəndir. Tarixi faktlar deməyə əsas verir ki, erməni şovinistləri "Böyük Ermənistan" xülyasına çatmaq üçün hər cür iyrənc yollara əl atıblar.

Litvada Azərbaycan yazarının Qarabağ mövzusunda əsərləri nəşr edilib

30 Mart 2018 13:09

Bu yaxınlarda tanınmış Azərbaycan yazıçısı, dramaturq və publisisti Elçin Hüseynbəylinin “Boz eşşəyin məktubları” adlı seçilmiş hekayələr toplusu Vilnüsdə litvaca nəşr olunub. Kitaba müəllifin 1998-2014-cü illərdə yazdığı 16 hekayəsi salınıb. Bunlardan altısı - “Boz eşşəyin məktubları”, “Gözünə gün düşür”, „İlk öpüş“, “Şimallı gəlin”, “Qocanın axdığı gün”, “Qaracanın qara başı” - Qarabağ savaşı mövzusunda qələmə alınmış və diqqəti cəlb edən məşhur əsərlər sırasına daxildir.

Polis 1 kq narkotik vasitəni dövriyyədən çıxarıb

30 Mart 2018 13:06

Şəkidə 1 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, martın 29-da Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Bakıda narkotacir saxlanıb

30 Mart 2018 13:04

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib. DİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinə, Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ramil İsmayılovun külli miqdarda narkotik maddə olan heroin satmaq istəməsi barədə məlumat daxil olub.

Bozdağdan Fransaya: "Türkiyənin hədəfi olacaqlar"

30 Mart 2018 13:01

Ümid edirik, Fransa belə qeyri-mötəbər addım atmaz. Bu sözləri Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ söyləyib. O, bildirib ki, Fransa terrorçulara yardım etsə, onlar da Türkiyənin hədəfi olacaqlar. "Türkiyəyə qarşı terrorçularla əməkdaşlıq edənlər, onlarla birlikdə Türkiyəyə hücum edənlər Türkiyənin hədəfi olacaqlar. Ümid edirik, Fransa belə qeyri-mötəbər addım atmaz.

Yuxu zamanı qaraciyəri zəhərlərdən təmizləyən MÖCÜZƏVİ İÇKİ

30 Mart 2018 12:57

Sarıkök, zəncəfil, qızıl süd kimi tanınan kokos südü və qara istiot qarışığı çox dadlı, ətirli və faydalı içkidir. Onu daha da şirinləşdirmək üçün bal əlavə edə bilərsiniz. Təbii inqrediyentlərdən hazırlanan içki stressi azaldır, gərginliyi aradan qaldırır və gecələr rahat yuxuya getməyə kömək edir. Sarıkök, zəncəfil və süddən düzəldilən içkinin gözəl effektləri bununla bitmir.

Keçmiş deputat gəlinindən “Bandotdel”ə şikayət etdi

30 Mart 2018 12:54

Azərbaycanın tanınmış rep ifaçısı Anar Nağılbazın eks-xanımı Anjelika Cəbiyeva Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (Bandotdel) çağırılıb. Bu barədə A.Cəbiyevanın özü məlumat verib.