"Onların göstərdiyi futbolu vaxtilə mən "Mançester Yunayted"ə aşılamaq istəyirdim"

Lui van Qaal növbəti dəfə sabiq komandası "Mançester Yunayed" və İngiltərə Premyer Liqası barədə fikirlərini bölüşüb.

Lui van Qaal növbəti dəfə sabiq komandası "Mançester Yunayed" və İngiltərə Premyer Liqası barədə fikirlərini bölüşüb.

Təcrübəli mütəxəsis bunları deyib: "Joze Mourinyonun "Mançester Yunayed"də işləməyə razılıq verməsi məni təəccübləndirmədi. Hər kəs bu klubda məşqçilik etmək istərdi. "Yunayed" dünyanın ən böyük klublarından biridir. Fikrimcə, "Çelsi"də yaxşı işlər görə bilərdi. Onun komandası 13, mənimki isə 4-cü yerdə idi. Mourinyonu ittiham etmirəm. Mənə düzgün gəlməyən Vudvordun sözləri idi. "Medianın yazdıqlarına fikir vermə. Sənin işindən tam razıyıq" - deyirdi. Sonra İngiltərə Kubokunu qazandım və istefaya göndərildim.

Şəxsən mənə görə, hazırda Premyer Liqanın ən yaxşı məşqçisi Pep Qvardioladır. O, "Mançester Siti"ni maşına çevirib. Onların göstərdiyi futbolu vaxtilə mən "Mançester Yunayed"ə aşılamaq istəyirdim. Amma Qvardiolanın əlində daha yaxşı futbolçular var. "Yunayed"də bu proses daha çox vaxt tələb edirdi. Təəssüf ki, bu vaxtı mənə vermədilər". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31