Gündəm
“O, mənim nəvəm deyil” - Qayınanadan gəlininə qarşı ŞOK iddia - VİDEO
ARB TV-nin "Sirdaş Rövşanə" proqramında qalmaqal yaşanıb. Belə ki, oğlu və gəlini boşandıqdan sonra nəvələrini görməyən nənə gəlini tərəfindən bu addımın atıldığını bildirib. Gəlin isə məhkəmənin qərarı ilə uşaqları atasına göstərə biləcəyini bildirərək, qayınanasına qarşı aqressiv olduğunu bildirib.
Yanan şokolad təhlükəlidir? - VİDEO
Son günlər sosial şəbəkələrdə şokoladın yanması ilə bağlı yayılan videolar valideynlərin narahatlığına səbəb olub. Məşhur müğənni Nura Suri də bu haqda paylaşım edərək övladlarına marketlərdən şokolad almağa icazə vermədiyini bildirib. Videolarda iddia olunur ki, şokolad istilik artdıqca əriməlidir. Ancaq tərkibində kimyəvi qatqılar olduğu üçün bu şokoladlar yanır və xoş olmayan qoxu gəlir.
Skripalın qızının səhhəti ilə bağlı yenilik
Solsberi şəhərində zəhərlənən Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın qızı Yuliya Skripalın vəziyyəti sürətlə yaxşılaşır. Bu barədə “Skay Nyus” yazıb. Məlumata görə, ötən gün özünə gələn Yuliya Skripal artıq qida və maye qəbul etməyə başlayıb.
SORĞU: "Respondentlərin 83.4 faizi prezident seçkilərində İlham Əliyevə ses verəcək"
Mərkəzi ofisi Fransanın Paris şəhərində yerləşən və sosial tədqiqatlar üzrə ciddi təcrübəyə malik "OpinionWay" təşkilatı və “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin qiymətləndirilməsi, habelə əhalinin seçkilərdə iştirakla bağlı maraq səviyyəsini öyrənmək məqsədilə cari ilin mart ayında aparılan birgə sosioloji sorğunun nəticələrini açıqlayıb.
Ağır qəza: 4 azərbaycanlı öldü, 16-sı yaralandı
Təbrizdən Tehrana sərnişin daşıyan avtobus qəzaya uğrayıb. Hadisə Zəncan-Qəzvin yolunda baş verib. Yol nəqliyat hadisəsi nəticəsində 4 nəfər yerindəcə ölüb, 16 nəfər isə müxtəlif bədən xəsəarətləri ilə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Hava ilə bağlı şagirdlərin davamiyyəti aşağı düşdü
Bakı şəhərində hava şəraitinin qeyri-sabit keçməsi, güclü (təhlükəli) şimal-qərb küləyinin əsməsi ilə əlaqədar ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb.
MTRŞ sədri: "İndiyədək seçki təbliğatıyla bağlı qanun pozuntusu qeydə alınmayıb"
İndiyədək televiziya kanallarında seçki təbliğatı ilə bağlı qanun pozuntusu qeydə alınmayıb. Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib.
Zamiq yarım milyona avtomobil alıb?
Tanınmış müğənni Zamiq Hüseynov yeni avtomobillə görüntülənib. İfaçının görüntüləndiyi maşın “Mercedes”in “S Class 600” modelinin “Maybach” versiyasıdır.
Türkiyəli deputat: “Seçkilərdən sonra islahatların yeni mərhələsi başlayacaq”
“Azərbaycan son 25 ildə bütün sahələrdə inkişafa nail olub. İstər siyasət, istər iqtisadiyyat, istərsə də demokratiya sahəsində mühüm uğurlar qazanılıb”.
İtaliyada növbəti ƏMƏLİYYAT - Mərakeşli terrorçu saxlanıldı
İtaliyanın şimalındakı Pyemont vilayətində polisin keçirdiyi antiterror əməliyyatı nəticəsində daha bir nəfər saxlanılıb. Məlumata görə, Kuneo şəhərində 19 yaşlı mərakeşli İlyas Haduz saxlanılıb.
DİN Goranboyda 7 il əvvəl baş verən qətlin üstünün açılması barədə məlumat yayıb
Daxili İşlər Nazirliyi Goranboyda 7 il əvvəl baş verən qətl hadisəsinin üstünün açılması barədə məlumat yayıb. DİN-in mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, martın 27-də Goranboy Rayon Polis Şöbəsinə 7 il əvvəl baş vermiş qətl hadisəsi barədə məlumat daxil olub. Araşdırmalarla 2011-ci ilin sentyabr-oktyabr aylarında əvvəllər məhkum olunmuş Aydın Hüseynovun yaşadıqları İrəvanlı kəndindəki evdə münaqişə zəminində bacısı Raxşəndəni boğaraq qətlə yetirməsi, sonra onun meyitini qardaşı Adillə birgə həyətdəki tikilinin zirzəmisində basdırmaları müəyyən edilib.
Türkiyə yeni silah hazırlayır: 19 milyard ayrıldı
Türkiyə 29 müdafiə layihəsinin reallaşdırılmasına 19 milyard Türkiyə lirəsi (4,8 milyard dollar) ayıracaq. Bu barədə qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Müdafiə Sənayesi Komitəsinin iclasında qəbul edilib.
Çilidə təyyarə qəzası: 2 nəfər öldü
Çili Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub. Hadisə paytaxt Santyaqonun El-Boske kommunasında baş verib. T-35 Pillan tipli təlim təyyarəsi HHQ-nin məktəbi yaxınlığında yerə düşüb. Həlak olanların hər ikisi texniki işçilər olub.
Gizlincə əlavə arvad saxlayanlar cəzalandırılacaq... - Rəsmi
Mətanət bacısının qəbir daşına məşhur mahnının sözlərini yazdırdı - VİDEO
Bu gün "Hər şey daxil" verilişinin qonağı olan Mətanət Əsədova ilk ifa etdiyi mahnı ilə bağlı maraqlı bir faktı açıqlayıb. Xanım müğənni bu yaxınlarda dünyasını dəyişən məşhur bəstəkar Tahir Əkbərin "Qərarsız mən oldum" mahnısını ifa etmək istədiyini deyib.














