İtaliyada növbəti ƏMƏLİYYAT - Mərakeşli terrorçu saxlanıldı

İtaliyanın şimalındakı Pyemont vilayətində polisin keçirdiyi antiterror əməliyyatı nəticəsində daha bir nəfər saxlanılıb. Məlumata görə, Kuneo şəhərində 19 yaşlı mərakeşli İlyas Haduz saxlanılıb.

İtaliyanın şimalındakı Pyemont vilayətində polisin keçirdiyi antiterror əməliyyatı nəticəsində daha bir nəfər saxlanılıb. Məlumata görə, Kuneo şəhərində 19 yaşlı mərakeşli İlyas Haduz saxlanılıb.

Qeyd olunur ki, həmin şəxs sosial şəbəkələrdə ekstremist çağırışlar etməkdə ittiham edilir. Aparılan axtarışlar nəticəsində İ.Haduzun silahların və partlayıcı maddələrin hazırlanması barədə videolara baxdığı da məlum olub.

Xatırladaq ki, ötən gün İtaliyada keçirilən əməliyyat nəticəsində Berlin terrorçusu Anis Amri ilə əlaqədə şübhəli bilinən 5 nəfər saxlanılmışdı. Həmin şəxslərin saxlanılması üçün Romada, eləcə də Neapol və digər şəhərlərdə axtarışlar aparılıb. Həmin terror  şəbəkəsinin Roma metropolitenində terror aktı həyata keçirmək planları üzə çıxıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31