Gündəm
Xarkovda azərbaycanlı güllələnib
Ukraynanın Xarkov şəhərində azərbaycanlı güllələnib. Bu barədə RİA Novosti məlumat yayıb. Ukrayna Milli Polisinin Xarkov vilayəti üzrə idarəsinin mətbuat xidmətinin yaydığı məlumat deyilir ki, atışma Xarkovda restoranın qarşısında baş verib. Restorandan çıxan təxminən 10 nəfərə gözlənilmədən bir neçə nəfər atəş açıb. Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb. Faktla bağlı cinayət işi açılıb.
Raket və artilleriya bölmələri döyüş atışlı təlimlər keçirir
Müdafiə nazirinin təsdiq etdiyi 2018-cı il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsindəki bütün ümumqoşun poliqonlarında təlimlər keçirilir. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, poliqonların birində keçirilən təlimdə özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki döyüş atışları icra olunur.
Düşmən 95 dəfə atəşkəsi pozub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub.
Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək. DİM-dən “Olaylar”a verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 4 və 14 aprel tarixlərində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq 4 və 14 aprel tarixlərində saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.
Ağdaş rayonunda 12 minə yaxın əhalinin gediş-gəlişi asanlaşır
Ağdaş rayonunda bu il reallaşdırılan 2 avtomobil yolundan daha biri Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolu yenidən qurulur. "OLAYLAR”-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yolun 7 km-lik hissəsinə 2 qat olmaqla, yəni laylar arası əlaqələndirici bitum səpilməklə, yol örtüyünün alt layının iri dənəli, üst layının isə xırda dənəli asfalt-beton qarışığı ilə tikintisi işləri aparılıb. Yolun 12 km-lik hissəsində isə yol yatağının və yol əsasının tikintisi yekunlaşdırılaraq asfaltlanması üçün hazırlıq işləri görülür. Layihəyə uyğun olaraq yolun qalan hissəsində mövcud örtüyün sökülməsi, yolun deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası, daha sonra yol əsasının alt layının karxana çınqılı, üst layının isə optimal qum-çınqıl qarışığı ilə tikintisi, həmçinin yol çiyinlərinin bərkidilməsi işləri aparılır.
“Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsi başa çatıb
Paytaxtda məktəblilər arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsi başa çatıb. “OLAYLAR” Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin əsas məqsədi ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.
Türkmənistan prezidentinin oğlu deputat oldu
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar ölkə Məclisinə deputat seçilib. Prezidentin oğlu "Duşak" seçki dairəsindən namizədliyini irəli sürüb. Səsvermə martın 25-də keçirilib. Bu dairədən 30 316 seçici qeydiyyatdan keçib. Sərdar Berdiməhəmmədovun rəqibi 10 saylı təlim-tərbiyə müəssisəsinin direktor müavini Kaka Oqulceren Qurdov olub.
“Qarabağ”la görüşləri xatırlasaq...” - “Roma”nın prezidenti
Bərabərliyə sevinməyəcəm. Çünki "Roma"nın bütün komandalarla oynayacaq gücdə olduğunu düşünürəm. Biz "Çelsi", "Atletiko" və "Şaxtyor"la matçlarda bunu sübut etdik. Bunu "Roma"nın prezidenti Ceyms Pallotta deyib. O, Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində komandasının "Barselona" önündəki şanslarını dəyərləndirib. Maraqlıdı ki, Pallotta bu cütlükdə İspaniya klubunu favorit hesab etmir.
Güclü külək Bakıda ağacları aşırdı
Bakıda müşahidə edilən güclü külək nəticəsində bu gün şəhərin müxtəlif yerlərində 5 ağac aşıb. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. Onun sözlərinə görə, Bakının Xətai rayonunda şam və qovaq, Binəqədi rayonunda göyrüş, Yasamal rayonunda qovaq və sərv ağacları aşıb. Şöbə rəisi aşan bütün ağacların sağlam, inkişafda olan hündür ağaclar olduğunu söyləyib.
Səfir: "Dağlıq Qarabağ münaqişəsinin həllinin azərbaycanlılar üçün çox vacib olduğunu Vaşinqtonun diqqətinə çatdırmışıq"
“Səfir olduğum dövrdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərdiyim səylər barədə onu demək istəyirəm ki, biz rəsmi Vaşinqtonu burada olan vəziyyət barədə mütəmadi məlumatlandırmışıq”. Məlumata görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “Amerikanın səsi” radiosuna müsahibəsində deyib.
Rusiya da Ukrayna ilə hərbi razılaşmanı ləğv etdi
Rusiya Ukrayna ilə qarşılıqlı silah və hərbi texnika tədarükü haqqında hökumətlərarası razılaşmadan çıxıb. Bu barədə informasiyanı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Nazirlik bu qərarın martın 28-də verildiyini bildirib.
DİN-dən qadının döyülməsi ilə bağlı açıqlama - VİDEO
Martın 28-də saat 18 radələrində paytaxtın Moskva prospektindəki avtobus dayanacaqlarının birində 65 saylı xətt avtobusunda asayişi pozmaqda şübhəli bilinən şəxs həmin ərazisdə xidmət aparan Nəsimi rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılaraq 19-cu Polis Bölməsinə gətirilib.
Bu toyuq internet ulduzuna çevrilib: 9 gündür başsız yaşayır Fotolar + Video
Bir həftədən artıqdır ki, başsız yaşayan toyuğun fotoşəkilləri sosial şəbəkələrdə və elektron mediada sensasiya yaratdı. Taylandın Muanq Ratçaburi bölgəsində çəkilmiş fotoşəkillər bütün dünyanı təəccübləndirir. Həmin şəkildə başsız bir toyuq, canlı görünür və ayaqda gəzir.
Türkiyədə avtomobil və mikroavtobus kanala düşdü: 8 ölü, 4 yaralı
Türkiyənin Bayburt bölgəsində avtomobil və mikroavtobusun su kanalına düşməsi nəticəsində 8 nəfər ölüb, 4 nəfər yaralanıb. Bunu Bayburt valisi Ali Hamza Pehlivan bildirib. İran dövlət nömrə nişanl maşın Bayburt-Gümüşhane avtomobil yolunun Aydıntepe yolayrıcında kanalizasiya suyu üçün nəzərdə tutulan və tikilməkdə olan kanallın düşüb. Maşındakılar İran vətəndaşları olub.
Əflatun Amaşov: "Məqsədləri cəmiyyətdə bölücülük yaratmaq, vətəndaşlar arasında münasibətləri pozmaqdır"
Azərbaycanı tərk edən bir neçə şəxs heç bir əxlaqi prinsipləri gözləmədən qarayaxma ilə məşğuldur. Məlumata görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov "İnternet mediada milli-mənəvi dəyərlərin qorunması və neqativ hallara qarşı media həmrəyliyi" mövzusunda keçirilən "dəyirmi masa"da deyib.





.jpg)








