“Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsi başa çatıb

Paytaxtda məktəblilər arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsi başa çatıb. “OLAYLAR” Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin əsas məqsədi ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.

Paytaxtda məktəblilər arasında keçirilən "Ən yaxşı təqdimat" müsabiqəsinin şəhər mərhələsi başa çatıb. "OLAYLAR" Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin əsas məqsədi ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.

Müsabiqənin şəhər mərhələsində 40 nəfər paytaxt məktəblisinin təqdimatı dinlənilib.

Münsiflər heyətinin rəyinə əsasən, 12 təqdimat müəllifi apreldə keçiriləcək müsabiqənin ölkə mərhələsində iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, "Ən yaxşı təqdimat" müsabiqəsində qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı və ifadəliliyi, söz ehtiyatının zənginliyi, ulu öndərin genişmiqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, irəli sürdüyü fikirləri faktlarla əsaslandırması, şəxsi mülahizələrini bildirməsi, ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatı müəyyən olunmuş müddətdə başa çatdırması və digər meyarlara əsasən aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31