Türkmənistan prezidentinin oğlu deputat oldu

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar ölkə Məclisinə deputat seçilib. Prezidentin oğlu "Duşak" seçki dairəsindən namizədliyini irəli sürüb. Səsvermə martın 25-də keçirilib. Bu dairədən 30 316 seçici qeydiyyatdan keçib. Sərdar Berdiməhəmmədovun rəqibi 10 saylı təlim-tərbiyə müəssisəsinin direktor müavini Kaka Oqulceren Qurdov olub.

Prezidentin oğlu seçicilərin 91,42 (25 700 nəfər) faizinin səsini qazanıb. Oqulceren Qurdova isə 2412 nəfər (8,58 %) səs verib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31